AnalitikaGündəmSiyasət

Konstitusiyamız – müstəqil dövlətçiliyimizin hüquqi təməli

Hər bir müstəqil dövlətin möhkəm hüquqi təməli, dövlət idarəçiliyinin əsasprinsiplərini, cəmiyyətin inkişaf istiqamətlərini, vətəndaşların hüquq və azadlıqlarınımüəyyən edən ali qanunvericilik sənədi vardır. Azərbaycan RespublikasınınKonstitusiyası da dövlət müstəqilliyimizin, suverenliyimizin, demokratik inkişafımızın vəhüquqi dövlət quruculuğumuzun əsasını təşkil edən fundamental sənəddir.

Hər il noyabrın 12-də ölkəmizdə Azərbaycan Respublikasının Konstitusiyası Günüqeyd olunur. Bu əlamətdar tarix 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilkKonstitusiyasının ümumxalq referendumu yolu ilə qəbul edilməsi ilə bağlıdır. Həminhadisə Azərbaycan dövlətçiliyinin tarixində mühüm mərhələ olmaqla, ölkəmizin gələcəkinkişafının hüquqi istiqamətlərini müəyyənləşdirmişdir.

Müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və qəbul edilməsiÜmummilli Lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Ölkənin mürəkkəb siyasi vəictimai proseslərdən keçdiyi bir dövrdə dövlətçiliyin möhkəmləndirilməsi, demokratiktəsisatların formalaşdırılması və hüquqi dövlət quruculuğunun təmin edilməsi zərurətiyaranmışdı. Ulu Öndərin rəhbərliyi ilə hazırlanan Konstitusiya layihəsi ümumxalqmüzakirəsinə təqdim edilmiş və referendum nəticəsində qəbul olunmuşdur.

Ulu Öndər Heydər Əliyev Konstitusiyanın əhəmiyyətini belə ifadə etmişdir: “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bugünün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.”

Həqiqətən də, Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın çoxəsrlikdövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini və ümumbəşəri prinsipləri özündəbirləşdirən mühüm tarixi sənəddir. Bu sənəd ölkəmizin müstəqil, demokratik, hüquqi vədünyəvi dövlət kimi inkişafının möhkəm təməlini yaratmışdır.

Prezident İlham Əliyev də Konstitusiyanın tarixi əhəmiyyətini yüksəkqiymətləndirərək qeyd etmişdir ki, Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyiilə hazırlanmış Əsas Qanun müasir dünyanın sivil dəyərlərinə, qanun yaradıcılığıtəcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərəəsaslanaraq demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün möhkəm təməlyaratmışdır.

1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqınınmüasir, demokratik, dünyəvi və hüquqi dövlət quruculuğu mərhələsinə keçidini təsbitetmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur.

Azərbaycan Respublikasının Konstitusiyası dövlətin idarəçilik sistemini, hakimiyyətqollarının fəaliyyət prinsiplərini, dövlət orqanlarının səlahiyyətlərini və cəmiyyətlə dövlətarasındakı münasibətləri müəyyən edir. Konstitusiyada xalqın dövlət hakimiyyətininyeganə mənbəyi olması, hakimiyyətin qanunvericilik, icra və məhkəmə qollarınabölünməsi, qanunun aliliyi və demokratik idarəçilik prinsipləri öz əksini tapmışdır.

Konstitusiyanın mühüm əhəmiyyəti onun ölkənin sabit və davamlı inkişafı üçünmöhkəm hüquqi baza yaratmasındadır. Dövlətin siyasi, iqtisadi və sosial həyatının əsasistiqamətləri məhz bu ali sənədin müəyyən etdiyi prinsiplər əsasında formalaşır. Qanunçuluğun təmin edilməsi, dövlət institutlarının səmərəli fəaliyyəti, ictimaimünasibətlərin hüquqi tənzimlənməsi və vətəndaş cəmiyyətinin inkişafı Konstitusiyanınəsas məqsədlərindəndir.

Əsas Qanunumuzun ən mühüm istiqamətlərindən biri insan və vətəndaş hüquq vəazadlıqlarının qorunmasıdır. Yaşamaq, azadlıq, şəxsi toxunulmazlıq, təhsil, əmək, istirahət, mülkiyyət, söz və fikir azadlığı, vicdan azadlığı kimi fundamental hüquqlarKonstitusiyada təsbit olunmuşdur. Eyni zamanda, insan hüquq və azadlıqlarınınqorunması dövlətin ali məqsədi kimi müəyyən edilmişdir. Bu müddəalar demokratikcəmiyyətin formalaşması, sosial ədalətin və bərabərliyin təmin olunması baxımındanxüsusi əhəmiyyət daşıyır.

Zamanın tələblərinə və cəmiyyətin inkişafına uyğun olaraq Konstitusiyaya 2002, 2009 və 2016-cı illərdə referendumlar vasitəsilə əlavə və dəyişikliklər edilmişdir. Budəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, hüquqi mexanizmləringücləndirilməsinə, insan hüquq və azadlıqlarının müdafiəsinin daha dagenişləndirilməsinə xidmət etmişdir.

Bu gün Azərbaycan Respublikası müstəqil dövlət kimi öz inkişaf yolunu uğurladavam etdirir. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasıdövlətçilik tariximizin ən mühüm nailiyyətlərindəndir. Bu tarixi reallıqlar fonundaKonstitusiyanın dövlət müstəqilliyimizin qorunmasında, milli birliyinmöhkəmləndirilməsində və hüquqi dövlət quruculuğunun davam etdirilməsində roludaha da artır.

Konstitusiyaya hörmət, qanunlara riayət və vətəndaş hüquqlarının qorunması hərbir cəmiyyətin inkişafının əsas şərtlərindəndir. Hər bir vətəndaşın öz hüquq vəvəzifələrini bilməsi, qanunun aliliyinə hörmətlə yanaşması, dövlətin və cəmiyyətinmaraqlarını üstün tutması hüquqi mədəniyyətin formalaşmasına mühüm töhfə verir.

Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası yalnız dövlətin ali hüquqisənədi deyil, həm də milli dövlətçiliyimizin, müstəqilliyimizin və gələcək inkişafımızınetibarlı təminatıdır. Bu mühüm sənəd xalqımızın azadlıq və müstəqillik iradəsini, demokratik dəyərlərə sadiqliyini və hüquqi dövlət quruculuğu əzmini özündə əks etdirir.

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü dövlətçiliktariximizə, hüquqi irsimizə və müstəqilliyimizin əsaslarına ehtiramın ifadəsidir.

 Xanım İsmayıl,
YAP fəalı, Hacıqabul Rayon Heydər Əliyev Mərkəzinin Elmi işçisi

 

Oxşar Xəbərlər

Back to top button