
Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ulu öndər Heydər Əliyevin böyükuzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yolunaçıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğunayol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı.
Ümummilli Lider Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə bir layihəhazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil AzərbaycanRespublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təminedən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilətəmin olunmalıdır”.
1995-ci ilin mayında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə KonstitusiyaKomissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasınınilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı.
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biriolmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakıböyük xidmətlərindən biridir.
Konstitusiyamızın müəllifi ulu öndər Heydər Əliyev əsas qanunun ən mükəmməlformada hazırlanmasını zəruri sayaraq bildirirdi: “Bizim yeni Konstitusiyamız, şübhəsizki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyinəbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütünprinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əksetdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiyasahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli vəAzərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləriözündə cəmləşdirməlidir”.
Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü günündə xalqımız növbəti tarixi, sevincli və qürurverici gününü yaşadı.
Prezident İlham Əliyev Sərsəng su anbarının ərazisində, Ağdərə, Xankəndi, Xocalışəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Xocavənd şəhərindəAzərbaycanın Dövlət Bayrağını ucaltdı. Müzəffər Ali Baş Komandan İlham ƏliyevXankəndidəki çıxışında qeyd edib:
“Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərəkprezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciətedərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin millimaraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzindəverdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.
Konstitusiyamız etnik, dini, dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquqvə azadlıqlarının bərabərliyinə təminat verir. Əsas Qanunun bu müddəasını rəhbərtutmaqla, dövlətimiz ölkə ərazisində yaşayan müxtəlif etnik xalqlara münasibətdə hərzaman bərabər yanaşma tətbiq edir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətənmüharibəsində şanlı Zəfərin qazanılması, lokal xarakterli antiterror tədbirləri nəticəsindəqazanılan Qələbə sayəsində Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasıKonstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaradıb.
Şəhla İsmayılova,
YAP fəalı, MKS-nin 2 saylı kitabxana filialının müdiri



