AnalitikaGündəmSiyasət

Anaların Duaları ilə Ucalan Azərbaycan Bayrağı

Hər bir əsgər ana qucağından Vətənə yollanarkən arxasında qalan dualarla yanaşı, həm də qəlbində bayraq sevgisini daşıyır. Ana duası ilə bəslənən bu sevgi döyüş meydanında oğullarımıza güc, mərdlik və iradə bəxş edir. Azərbaycan bayrağı anaların göz yaşı ilə islanmış torpaqların üzərində ucalarkən sanki bütün anaların ürəyi rahatlıq tapır.

Vətənə oğul verən anaların qüruru məhz bu üçrəngli bayrağın ucalığından güc alır. Onlar övladlarının şərəfli adını və bayrağın toxunulmazlığını hər şeydən üstün tuturlar. Bu mənəvi bağ xalqımızın təməlini təşkil edən ən möhkəm ailə və Vətən dəyəridir.

Hər il bayram günlərində analarımızın əllərindən öpərkən onların bu bayrağa olan ehtiramını daha dərindən hiss edirik. Azərbaycan bayrağı həm də hər bir Azərbaycan evinin ocağını qızdıran müqəddəs istilikdir. O, ana laylası qədər doğma və əzizdir.

Anaların duası və igidlərin qanı ilə ucalan bu bayraq heç vaxt kölgədə qalmayacaqdır. O, hər bir evdə, hər bir ürəkdə əbədi olaraq yaşamaqdadır. Azərbaycan bayrağı xalqımızın ana sevgisi qədər təmiz və müqəddəs mənəviyyatıdır.

Nəzrin Həsənli,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button