
Dövlət bayrağı xalqın mənəvi dəyərlərini, əxlaqi bütövlüyünü və tarixi yaddaşını özündə birləşdirən ali simvoldur. Cəmiyyətin sağlam təməllər üzərində inkişaf etməsi üçün milli rəmzlərə olan sevgi hər bir fərdin daxili dünyasında kök salmalıdır. Tarixi yaddaşını qoruyan xalq heç vaxt öz kimliyini itirmir və gələcəyə inamla baxır.
Keçmişin xatirəsini yaşatmaq, şəhidlərimizin və qəhrəmanlarımızın ruhuna ehtiram göstərmək bayrağa olan münasibətdə biruzə verir. Hər dəfə bayraq qaldırıldığında xalqın çəkdiyi iztirablar, qazandığı zəfərlər və keçdiyi şərəfli yol göz önündə canlanır. Bu mənəvi bağ cəmiyyəti birləşdirən görünməz, lakin çox güclü bir teldir.
Ziyalılarımızın əsrlər boyu qələmə aldıqları əsərlərdə və apardıqları maarifçilik işində məhz bu mənəvi dəyərlərin qorunması əsas yer tutmuşdur. Onlar xalqa başa salmışlar ki, bayraq yalnız parça deyil, Vətənin namusu, xalqın şərəfidir. Bu fəlsəfi yanaşma nəsildən-nəsilə ötürülərək milli genofondumuzu qorumuşdur.
Bugünkü gənc nəsil də bu mənəvi irsi dərindən dərk etməli, bayrağın daşıdığı ali mənanı qəlbində yaşatmalıdır. Tarixi yaddaşımıza hörmət bizim gələcək uğurlarımızın təməl daşıdır. Üçrəngli bayrağımız bu yolda bizi səsləyən əbədi məşəldir.
Asif Bayramov,
YAP Nizami rayon təşkilatının fəal üzvü



