AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Şuşa – Əbədi Yaşayan Tarix və Gələcəyin Zirvəsi

Əsrlər boyu Azərbaycanın mədəniyyət, musiqi və incəsənət mərkəzi olan Şuşa 28 illik işğal əzabından sonra özünün əsl sahiblərinə qovuşaraq yenidən dirçəldi. 2020-ci ilin 8 noyabr Zəfəri bu qədim şəhərin taleyini dəyişdirərək onu əbədi azadlıq simvoluna çevirdi.

Bu gün Şuşa təkcə bərpa olunan binaları, məscidləri və qala divarları ilə deyil, həm də orada yenidən canlanan həyat, musiqi sədaları və uşaq gülüşləri ilə nəfəs alır. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan quruculuq işləri şəhəri gələcəyin ən gözəl məkanlarından birinə çevirir.

Hər bir azərbaycanlının qəlbində xüsusi yer tutan Şuşa xalqımızın birliyinin, qəhrəmanlığının və milli qürurunun əbədi abidəsidir. Bu qədim şəhər tarixin sınaqlarından şərəflə çıxaraq əbədi olaraq Azərbaycanın baş tacı kimi ucalacaqdır.

Şuşa həmişə azad, əzəmətli və işıqlı olaraq gələcək nəsillərə qürurla ötürüləcəkdir.

Rəşad Hüseynəliyev,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 185B” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button