Zəngəzur dəhlizi layihəsinin reallaşması tarixi zəruriyyətdir
44 günlük Vətən müharibəsi yalnız 30 ilə yaxın müddətdə işğal altında olmuş ərazilərimizin azad olunması ilə bitmədi, həm də qalib tərəf olaraq Azərbaycana böyük imkanlar yaratdı. Bunlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır.Qədim Azərbaycan torpağı olan Zəngəzurun indi türk dünyasının birləşdiricisi rolunu oynayacağına çox az bir vaxt qalıb. Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq. Belə ki, ilk növbədə, Mərkəzi Asiya, Azərbaycan və Ermənistanı Türkiyəyə birləşdirəcək çoxşaxəli sosial-iqtisadi, geosiyasi və geostrateji imkanlara malik bu dəhliz mütəxəssislərin fikrincə Rusiya, Azərbaycan, Türkiyə və Ermənistan arasında dəmir yolu şəbəkəsini genişləndirəcək və regional ticarət fəaliyyətlərinə müsbət təsir göstərəcək. Zəngəzur dəhlizi Türkiyə ilə Orta Asiya arasında ticarət, eləcə də Türkiyə ilə Çin arasında ticarət üçün həyati əhəmiyyət kəsb etməklə bərabər türkdilli dövlətləri arasında ticari-iqtisadi əlaqələri də keyfiyyətcə yeni müstəviyə keçirəcək. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq. Eyni zamanda, Zəngəzur dəhlizinin gələcək barışıq və iqtisadi əməkdaşlığa da kömək edəcəyi heç kəsdə şübhə doğurmur.
Bu dəhlizin açılmasıyla ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artacaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək. Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsi zamanı və bu münaqişədən əvvəl də bəzi qüvvələrin əsas məqsədlərindən biri türk dünyasında quru sərhədinin ləğv edilməsi olub. Həmin qüvvələr buna qismən nail də olmuşdular. Azərbaycandan Naxçıvana getmək üçün insanlar İran ərazisindən keçirdilər ki, bu da bəzi yükdaşımalar zamanı istər-istəməz müəyyən problemlər yaradırdı. Bu gün Zəngəzur dəhlizinin açılmasının çox böyük əhəmiyyəti var. Bu dəhlizdə tək avtomobil yolu deyil, paralel olaraq Naxçıvanla birləşən keçmiş dəmir yolu bərpa olunacaqdır. Kommunikasiyaların işə düşməsi boru və qaz kəmərlərinin açılması üçün də mühüm irəliləyişdir.Gələcəkdə Azərbaycanla Naxçıvan arasında olan ərazi şimal-cənub və qərb istiqamətində olan bütün kommunikasiyaların məhz Naxçıvandan Türkiyəyə, oradan da Aralıq dənizi vasitəsilə digər qərb dövlətlərinə çıxmaq imkanı yaradacaq. Bu, türk dünyasının birləşməsi deməkdir. Bütün bunların fonunda dəhlizin əhəmiyyəti hər kəs üçün aydındır. Beləliklə, Zəngəzur dəhlizinin açılışı Azərbaycanın siyasi-strateji mövqeyini xeyli yüksəltməklə, onun iqtisadi qüdrətini əhəmiyyətli dərəcədə artıracaqdır.Zəngəzur dəhlizi regionda sülhün təməl sütunlarından biri olmaqla yanaşı, bölgə dövlətləri arasında iqtisadi, ticarət əlaqələrini inkişaf etdirəcək, Ermənistanın özünün 30 ilə yaxın davam edən təcrid vəziyyətindən yaxa qurtarmasında mühüm rol oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri, bütün türk dünyasını birləşdirməklə yanaşı, Ermənistan üçün əlavə imkanlar yaradacaq. Bu, hazırda ağır sosial-iqtisadi durumda olan Ermənistana olduqca vacibdir. Məhz bu səbəbdən əngəl yaratmaq əvəzinə Zəngəzur dəhlizinin mümkün qədər tez istifadəyə verilməsində Ermənistan tərəfi daha çox maraqlı olmalıdır. Zəngəzur dəhlizindən istifadə region dövlətləri üçün uzunmüddətli sabitliyi təmin edəcək. Bu gün yeni geosiyasi mənzərə və geostrateji reallıq regionun bütün ölkələri üçün getdikcə daha çox birbaşa xarici sərmayə cəlb edilməsinə yeni imkanlar yaradıb və buna görə də Ermənistan bu reallığı qəbul etməli, onun üçün yaranmış şansı əldən qaçırmamalıdır.
“Zəngəzur dəhlizi layihəsi bizim üçün təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, strateji bir lahiyədir. Tam əminik ki , bu layihənin reallaşması bizim təbii hüququmuzdur.” Bunu prezident İlham Əliyev 0 yanvar 2023-cü il tarixdə yerli televiziya kanallarına müsabihəsində deyib. O, çıxışı zamanı Zəngəzur dəhlizinin reallaşmasını tarixi zəruriyyət hesab etdiyini və Ermənistan istəsə də, istəməsə də, bunun reallaşacağını bildirib. Həmçinin bu layihənin reallaşması 10 noyabr 2020-ci il üçtərəfli bəyannamədə də öz əksini tapdığını vurğulayan Prezident İlham Əliyev orada Zəngızur dəhlizi sözünün birbaşa olmamasına baxmayaraq sonradan “Zəngəzur dəhlizi” termininin daha sonra geosiyasi leksikona daxil edildiyini bildirib. Ancaq orda çox aydın göstərilib ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR arasında nəqliyyat bağlantısı olmalıdı və Ermənistan bunu təmin etməlidir. Bu isə dolayı yolla Zəngəzur dəhlizinə bir işarədir. Ermənistan bundan boyun qaçırmaq istəyir, faktiki olaraq öz üzərinə götürdüyü öhdəlikləri iki ildən çoxdur ki, yerinə yetirmir. Ancaq bu bizi dayandırmır və Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq.
Zəngəzur dəhlizinin bizim üçün strateji əhəmiyyət daşıması onun bir neçə vacib elementi özündə birləşdirməsi ilə xarakterizə olunur. Bu elementlər isə siyasi, iqtisadi və təhlükəsizlik aspektləri ilə dəyərləndirilir. Tarixən Azərbaycan torpağı olmuş və Sovetlər Birliyinin ədalətsiz qərarı ilə əhalisi departasiya olunmuş Zəngəzur siyasi ideoloji baxımdan həm də birləşdirici elementdir. Çünki ora Azərbaycan cəmiyyətinin bir hissəsi olan Qərbi Azərbaycanlıların həmişə arzuladıqları, qayıtmaq istədikləri dədə-baba yurdlarıdır. Təhlükəsizlik anlamında Zəngəzur dəhlizi məhz iqtisadi və təhlükəsizlik bufer zonası kimi dəyərləndirilməlidir.
Bu üç iqtisadi, siyasi və təhlükəsizlik elementlərini özündə birləşdirən Zəngəzur dəhlizi həm də 44 günlük müharibədən sonra qalib tərəf kimi Azərbaycanın imtiyazı, əlahiddə səlahiyyəti kimi dəyərləndirilir. Məsələ ondadır ki, 2020-ci ildə imzalanmış üçtərəfli Bəyənatın məhz 9-cu bəndində Zəngəzur dəhlizinin açılmasını vacib şərt kimi irəli sürülüb. Bu şərt isə mütləq icra olunmalıdır. Zəngəzur dəhlizinin yaradılması ilə formalaşan yeni iqtisadi konyuktura Asiya və Avropanın nəqliyyat infrastrukturunda xüsusi önəmə malik olacaq, nəticədə Azərbaycanın geosiyasi və geoiqtisadi çəkisinin daha da artmasına şərait yaradacaq.
Əbdüləlizadə Fidan
Xəzər rayon, 323 nömrəli tam orta məktəbin müəllimi