Analitika

Zəngəzur Dəhlizi Azərbaycan üçün strateji layihədir

Azərbaycan qalib ölkədir, torpaqlarını məhz Ermənistan silahlı birləşmələrinin, xarici dairələrin maliyyə dəstəyi ilə fəaliyyət göstərən separatçı, terrorçu dəstələrin, klanların işğalında qurtarıb. Əslində belə bir şəraitdə, 30 il torpaqlarını işğalda saxlamaqla bərabər, şəhər və kəndlərimizdə bütövlükdə vandalizm aktı törədən, orada yaşayan insanları yurdundan, yuvasından didərgin salan işğalçı, separatçı ölkə ilə nəinki regional layihələrdə birgə iştirak etmək, hətta heç bir əlaqə yaradılmamalıdır. Amma Azərbaycan bütün bunlara rəğmən, həm də milli maraqlardan çıxış edərək Ermənistana sülh əlini uzatmağa çalışır, uzadır. İşğalçı ölkə isə hər addımda bu əlaqələrdən, ona verilən imkandan yararlanmamağa çalışır. İlk öncə onu qeyd etmək yerinə düşər ki, bu Zəngəzur dəhlizi Ermənistanın yeganə və dəyişilməz xilas yoludur, bu səfil ölkə bilavasitə dünyaya birbaşa çıxış əldə edəcək. Halbuki, dünya praktikasında belə yanaşmalar – Qalib Azərbaycanın məğlub Ermənistana növbəti yaşama şansı verməsi, qurtuluş yolu göstərməsi, nadir görünən hadisələrdəndir. Bəs tarixi torpaqlarımızdan keçəcək olan dəhlizdə hansı işlər görülür? Qeyd edək ki, artıq 123,8 km və 4-6 hərəkət zolaqlı Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolu, 70 km və 4 hərəkət zolaqlı Xudafərin-Qubadlı-Laçın yolunun inşası Qarabağ regionunun, o cümlədən, Azərbaycanın nəqliyyat dəhlizlərinə çıxışını çoxşaxəli etməklə buradan keçəcək xətlərin önəmini də artıracaqdır. Cənubi Qafqaz ölkələri olan Azərbaycan, Ermənistan və Gürcüstan, qonşu ölkələr olan Türkiyə, Rusiya və İran “3+3” formatda geosiyasi əməkdaşlıq edərək kommunikasiya xətlərinin yenidən bərpa edilməsi ilə beynəlxalq tranzit daşımalarda yeni iqtisadi ağırlıq mərkəzi yarada bilər. Əlbəttə ki, bu əməkdaşlıq çərçivəsində Zəngəzur dəhlizinin siyasi və iqtisadi önəmi danılmazdır. Regionda digər həyata keçirilməsi nəzərdə tutulan layihələri dəyərləndirdikdə Zəngəzur dəhlizi region ölkələrinə daha ucuz alternativ olaraq çıxış edir. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.Bu layihənin 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da əksini tapdığını qeyd edən dövlət başçısı deyib: “Düzdür, orada “Zəngəzur dəhlizi” sözü yoxdur. Çünki “Zəngəzur dəhlizi” terminini mən ondan sonra, necə deyərlər, geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir”.Prezident İlham Əliyev deyib ki, indi Ermənistan bundan boyun qaçırmaq istəyir, faktiki olaraq, üzərinə götürdüyü öhdəlikləri iki ildən çoxdur ki, yerinə yetirmir.“Ancaq bu, bizi dayandırmayacaq. Yəni bizim üçün bu, strateji layihədir və təkcə bizim üçün yox, bir neçə qonşu ölkə üçün və böyük coğrafiya üçün”, – deyə Azərbaycan Prezidenti vurğulayıb. Zəngəzur dəhlizinin yaradılması ilə formalaşan yeni iqtisadi konyuktura Asiya və Avropanın nəqliyyat infrastrukturunda xüsusi önəmə malik olacaq.

Rəşad Ədilzadə,
Bakı Texniki Kollecin tələbəsi

Oxşar Xəbərlər

Back to top button