AnalitikaGündəmSiyasət

Zəfərdən quruculuğa

Vətən müharibəsinin başa çatması Azərbaycan üçün yeni mərhələnin başlanğıcı oldu. Əgər 2020-ci ilin 44 günü hərbi mübarizənin mərhələsi idisə, sonrakı illər azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış prosesinin mərhələsinə çevrildi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Şəhərlər və kəndlər yenidən qurulur, yollar və enerji infrastrukturu yaradılır, yaşayış məhəllələri salınır.

Bu quruculuq prosesinin mənəvi başlanğıc nöqtəsi 27 Sentyabr Anım Günündə yad edilən şəhidlərimizin fədakarlığıdır. Çünki bu gün tikilən hər bir yeni məktəb, salınan hər bir küçə və yaradılan hər bir yaşayış məntəqəsi azadlığın nəticəsi kimi meydana çıxır.

Zəfərin ən mühüm nəticələrindən biri də məhz budur: işğal illərinin dağıntıları üzərində yeni həyat qurulur. Azərbaycan dövləti hərbi Zəfəri davamlı inkişaf və quruculuq siyasəti ilə tamamlayır.

Əhməd Talıbov,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 152” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button