Gündəm

“Zəfər yolunda inamla addımlayırıq”

2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin (YAP GB) təşkilatçılığı ilə gənclərlə növbəti görüş keçirilib.

Aktualinfo.az xəbər verir ki, görüşdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən işlər və əldə olunmuş nailiyyətləri əks etdirən videoçarx nümayiş etdirilib.

Görüşdə çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, YAP Veteranlar Şurasının üzvü Dilarə Seyidzadə, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və iqtisad elmləri üzrə fəlsəfə doktoru Eldar Nuriyev cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu gənclər siyasəti sayəsində yüksək potensiala malik vətənpərvər Azərbaycan gəncliyinin formalaşdığını diqqətə çatdırıblar.

7 fevral seçkilərinin gənclərin yeni uğurlar və qələbələr naminə cənab İlham Əliyevə qətiyyətli dəstəyinin daha bir ifadəsi olacağına əminlik bildirilib. “Zəfər yolunda inamla addımlayırıq”,- deyə vurğulanıb.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə sona çatıb.

Oxşar Xəbərlər

Back to top button