Yurdumuza yaz gəlir xonçalı Novruz gəlir
Novruz bayramı hələ islamdan xeyli qabaq nəinki Azərbaycan, bütün Şərqdə qeyd olunan milli bayramdır. Novruz astronomik–gecə ilə gündüzün bərabərləşdiyini, təbiətin canlanmasını tərənnüm edən bayramdır.
Novruz həmişə sülhü və tolerantlılığı tərənnüm edən bayram olub. Azərbaycan xalqının adət-ənənələrinə görə bayramda küsülülər barışıb, qonsular biri birini ziyarət edib, bayram süfrəsi açıblar. İnsanlar baharın gəlişi ilə torpağı əkib becərməyə başlayıb. Meyvə ağacları budanıb. Bayramın gəlişi hələ bir ay qabaq çərşənbələrlə müşahidə olunub. Dünyanın yaranmasında iştirak edən 4 ünsür, su, od, yel və torpaq çərşənbələri insanları novruza daha da yaxinlaşdırıb. Təbiətlə insanın harmonoyasını özündə ehtiva edib.
Qeyd etmək lazımdır ki, sovetlər dönəmində milli və dini qadağalar dövründə Novruz bayramı da qadağalara məruz qaldı. Bu bayramı yanlış olaraq dinlə bağlayaraq xalqı millilikdən uzaqlaşdlrmağa çalışdılar. Ötən əsrin 60-cı illərində milli oyanış cəhtləri başladı. 1967-ci ildə ədəbiyyatçı, alim eyni zamanda ideoloji məsələlər üzrə katib olan Şıxəli Qurbanovun təşəbbüsü ilə Novruz bayramının dövlət səviyyəsində keçirilməsi baş tutdu. Lakin sonrakı illərdə Novruz bayramı yenidən qadağalara məruz qaldı.
Yalnız müstəqillik illərində xüsusən Ulu Öndərin hakimiyyətə qayıdışından sonra bu milli bayram ümumxalq səciyyəsi daşıyaraq dövlət səviyyəsində qeyd olunmağa başladı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenri Mehriban xanım Əliyevanın səyi nəticəsində Novruz bayramı UNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Novruz təkcə onu kecirən türk xalqlarının deyil ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir.
23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasinın iclasında martın 21-i “Beynəlxalq Novruz günü “elan olunub. Novruz bayramı Azərbaycanın çoxçalarlı incəsənətinin güzgüsüdür. 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü ilə keçirilən “hərəyə bir ağac əkək“ kompaniyası bu gün də davam edir. Bundan sonra respublika ictimaiyyəti yaşıllaşma kompaniyasına qoşulmişdur. Novruz bayramı münasibəti ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri arasında qarşılıqlı bayramlaşma yeni mütərəqqi, siyasi mədəniyyətin təşəkkülünü göstərir.
“Papaq atmaq”, ”qulaq falı”, ”tonqaldan tullanmaq”, ”Üzük falı”, ”səməni əkmək”, ”yumurta toqquşdurmaq” Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Novruz ənənələri incəsənətdə də öz əksini tapmışdır. Sənətkarlar Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Novruz bütün ölkədə aşıqların, xanəndələrin, müğənnilərin, konsertləri keçirilən kütləvi bayramdır. Bayram tədbiri Bakıda Qız qalası ətrafinda, içərişəhərdə keçirilir.
Prezident İlham Əliyev bayram ərəfəsində əfv sərəncamları imzalayır.
Hələ 1998 ci ildə Ulu Öndər Heydər Əliyev deyirdi:Gün o gün olacaq ki, Novruz bayramınl bir dəfə Şuşada, bir dəfə Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Zəngilanda, Qubadlıda, kecirəcəyik. ”
Bu gün xalqımız bu ali hədəfə çatmışdır. Müzəffər ordumuz Ali Baş Komandanın başçılığı ilə doğma torpaqları azad edib və artıq həmin ərazilərdə Novruz bayramını qeyd edir. Biz isə bu əziz bayram münssibəti ilə xalqımıza xoşbəxtlik, bol ruzi, aydın səma, torpaqlarımızın bütövlüyünü, firavanlıq arzulayırıq.
Əliyev Elçin,
Xəzər rayonu, 26 №li tam orta məktəbin müəllimi