
Prezident İlham Əliyev Sədr Si Cinpinlə sonuncu dəfə 2025-ci ilin iyul ayında keçirilmiş görüşə xüsusi əhəmiyyət verdiyini qeyd edib. Bu görüş iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu rəsmi şəkildə nümayiş etdirdi. Liderlər strateji əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı maraqlar əsasında əlaqələrin daha da dərinləşdirilməsi üçün bir sıra mühüm razılaşmalar imzaladılar. Bu, tarixə mühüm dönüş nöqtəsi kimi düşdü.
Görüş çərçivəsində enerji, nəqliyyat, ticarət və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq imkanları geniş müzakirə olundu. Prezident Əliyev bildirib ki, Azərbaycan Çinlə əlaqələri yalnız iqtisadi maraqlar çərçivəsində deyil, həm də mədəni, siyasi və texnoloji istiqamətlərdə inkişaf etdirməyi qarşısına məqsəd qoyub. Bu baxımdan, iyul ayındakı görüş çoxşaxəli tərəfdaşlıq üçün bir təməl rolunu oynayıb.
Sədr Si ilə aparılan danışıqlarda regional və beynəlxalq təhlükəsizlik məsələlərinə də toxunulub. Xüsusilə Mərkəzi Asiyada sabitliyin qorunması, nəqliyyat marşrutlarının şaxələndirilməsi və enerji təhlükəsizliyi mövzuları müzakirə edilib. Çin və Azərbaycan bu məsələlərdə ortaq mövqedən çıxış etməklə, daha dayanıqlı və qarşılıqlı faydalı model formalaşdırmağa çalışırlar.
İyul ayındakı bu yüksək səviyyəli görüş, iki ölkə arasında diplomatik əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Prezident Əliyev bu inkişafı “əməkdaşlığımızın olduqca mühüm tarixi” kimi qiymətləndirərək, gələcək addımların daha da iddialı olacağını vurğuladı.
Fatimə Axundzadə
YAP Xəzər rayon təşkilatının fəalı