Analitika

Yeni reallıqlar ölkəmizin geosiyasi və geoiqtisadi mövqeyini daha da güclədirəcək

Azərbaycan regionda enerji təhlükəsizliyinin formalaşmasına töhfə verən ölkədir, eyni zamanda mavi qaz üzrə potensialı kifayət qədər böyükdür. Bu, Azərbaycanın regionda həm geosiyasi, həm də geoiqtisadi mövqeyinin gücləndirilməsi baxımından çox vacib hesab olunur. Bütövlükdə son proseslər ondan xəbər verir ki, Azərbaycanın regiondakı mövqeyi, sülhün və təhlükəsizliyin formalaşmasında töhfəsi daha da artır. “Cənub qaz dəhlizi” Avropanın, qonşu Türkiyə və Gürcüstanın enerji təhlükəsizliyinə töhfə verən layihədir: “Azərbaycan “Cənub qaz dəhlizi”nin reallaşmasında xüsusi mövqeyi olan ölkədir. Etiraf etmək lazımdır ki, bu kəmərin reallaşması birbaşa Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində mümkün olub. Bu dəhlizin ilkin smeta dəyəri 45 milyard dollara yaxın idi. Daha sonra bu rəqəm 35-38 milyard dollara qədər azaldıldı. Nəticədə, “Cənub qaz dəhlizi” reallaşdı” Azərbaycan Cənubi Avropa, eləcə də Mərkəzi, Şərqi Avropa ölkələrinə mavi qaz nəql edir. Ümumilikdə Avropada Azərbaycan təbii qazını almaq istəyən ölkələrin sayı artır. Bu baxımdan Azərbaycan qazına tələbin yüksəlməsi müşahidə olunur. Çünki Azərbaycan region üçün yeni alternativ mənbədir: “Hazırda Avropa İttifaqı idxal etdiyi mavi qazın 40 faizini Rusiyadan alır, Rusiyanın Avropanın neft idxalında payı isə 25 faizdir. Bu kontekstdə təbii ki, Azərbaycanın qaz ixracatında rolunun artacağı və regionun enerji təhlükəsizliyinə daha çox töhfə verəcəyi gözlənilir. Bu da Azərbaycanın enerji resurslarının payının və həcminin artması anlamına gəlir”. Azərbaycanın Avropaya əlavə neft və qaz ixrac etmək üçün kifayət qədər potensialı var. İndiki vəziyyət – neftin qiymətinin artması bizə əlavə maliyyə imkanları verəcək. Qərb investorlarının Azərbaycanda müəyyən işlərə vəsait yatırmağa marağı da artacaq. Hazırda biz daxili istifadə üçün başqa ölkələrdən nefti və qazı daha ucuz qiymətə ala bilərik. Bununla yanaşı, öz qazımızı və neftimizi Qərbə sata bilərik. Bu, böyük üstünlükdür”. “Cənub qaz dəhlizi”nin rolu xeyli artacaq. Azərbaycanın neft və qazı Avropanın artan ehtiyacını tam ödəməyəcək. Qərbin İrana qarşı sanksiyaları yumşaldacağı ehtimal olunur. Bununla Avropa İrandan da qaz əldə edə biləcək. Hazırda İran Qərb üçün elə də təhlükəli görünmür. Ekspert bildirir ki, bu vəziyyət də Azərbaycanın xeyrinədir. İrana qarşı sanksiyalar yumşalarsa, İranla Azərbaycanın münasibəti daha da inkişaf edəcək. Baş verən hadisələr Azərbaycanın geosiyasi və geoiqtisadi, həmçinin enerji daşıyıcıları bazarında rolunu xeyli artıracaq.

Orxan Abdullazadə,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button