Analitika

Yeni qanun özünün keyfiyyət dəyişikliyi yaradacaq potensialıilə səciyyələndirilə bilər

Milli Məclisin qanunla bağlı siyasi partiyalara müraciətindən  sonra 47 siyasi partiyadan 250-dən çox təklif daxil olmuşdu.Siyasi partiya anlayışının, partiyaların təsis edilməsi, maliyyələşməsi və sair bu kimi məsələlərin qanunvericilikdə konkret şəkildə göstərilməli olduğuna diqqət çəkmişdi. Vitse-spiker siyasi partiyalara məhdudiyyətlərin qoyulması məsələsinin bütün ölkələrdə dilemma yaratdığını, demokratik cəmiyyət üçün məhdudiyyətlərin Avropa İnsan Haqları Konvensiyasının müvafiq müddəalarında da əksini tapdığını vurğulamış və buna uyğun olaraq, yeni qanun layihəsində də məhdudiyyətlərin mövcudluğunu bildirmişdi. Siyasi partiyalar haqqında indiyədək olan qanun ­1992-ci ilin iyununda qəbul edilmişdi. Sonrakı illərdə ona müəyyən dəyişikliklər edilsə də, müasir dövrümüzlə ayaqlaşmaq üçün, məsələyə kompleks baxışın ortaya qoyulması vacib idi.

Ölkəmizdəki bir çox siyasi ekspertlərin yekdil fikri bundan ibarətdir ki, yeni dövlət sənədi bu baxışın ifadəsi baxımından kifayət qədər əlverişli məzmuna malikdir.Yeni qanunda siyasi partiyanın necə təsis edilməsi, reyestrdə onlarla bağlı hansı məlumatların olması, partiya fəaliyyəti üçün tələblər, habelə siyasi partiyaların fəaliyyətinə nəzarət mexanizmləri, partiya üzvlüyünə məhdudiyyətlər, partiyaların rəmzlərinin müəyyənləşməsi, onların  maliyyələşməsinin təşkili, qeydə alınmayan və ya qeydiyyatı ləğv edilən siyasi partiyanın fəaliyyətinin nədən ibarət ola biləcəyinə və sair məsələlərə dair məqamlar yer alıb.Bəs, “Siyasi partiyalar haqqında” yeni qanuna ölkəmizdəki siyasi partiya təmsilçilərinin münasibəti necədir, qanundan hansı gözləntilər var, bütün bunlara aydınlıq gətirmək üçün onlara üz tutduq.Siyasi partiyalar haqqında yeni qanunun qəbul edilməsi siyasi sistemimizin  özünün sifarişindən irəli gəlirdi. Ona görə də qanunverici orqan olan Milli Məclisdə təmsil olunan 11 siyasi partiyanın bu barədə təşəbbüsü dərhal təqdirlə qarşılandı və nəticədə, bugünkü siyasi münasibətlərimizin tələblərinə uyğun olan yeni qanun layihəsi ərsəyə gəldi. Yeni qanunun qəbul edilməsini zəruri edən səbəblərə gəldikdə isə bunlardan birincisi ölkəmizdə aparılan dərin siyasi islahatlar idi. Digər səbəblərə gəldikdə isə nəzərə almaq lazımdır ki, siyasi partiyalar haqqında əvvəlki qanun 1992-ci ildə qəbul edildiyi üçün günümüzün reallıqları və siyasi sistemimizin inkişafı ilə ayaqlaşmırdı.Əsas məsələlərdən biri isə ondan ibarət idi ki, 1990-cı illərdə siyasi sistemimiz Qarabağ problemi və onun həlli yollarının axtarışları kontekstində formalaşmışdı. Bu gün isə ərazi bütövlüyümüz bərpa edilib, Qarabağ problemi aradan qaldırılıb və bu tarixi proses nəticəsində cəmiyyətimizdə 44 günlük müharibədən sonra yeni siyasi konfiqurasiya yaranıb. Bütün bunlar siyasi fəaliyyət və məqsədlər baxımından paradiqmal  dəyişikliklərdir və şübhəsiz ki, yeni qanun da bunları əhatə edəcək qədər təkmil, ictimai-siyasi dəstək baxımından da kütləvi olmalı idi. Ona görə də Milli Məclisdə qəbul edilən yeni qanun daxili siyasi aktorlarımızın, siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının geniş müzakirəsinə təqdim edildi, 200-ə qədər əlavə və dəyişikliklər edilərək təkmilləşdirildi və eyni zamanda, 20-dən çox ölkənin müvafiq qanunları ilə müqayisəli təhlil edilərək, beynəlxalq təcrübə ilə zənginləşdirilərək cilalandı. Nəticədə yeni reallıqda siyasi sistemimizdə milli maraqlarımız baxımından səmərəli nəticələrə gətirib çıxara biləcək bir qanun layihəsi ortaya çıxdı.

Hazırkı mərhələdə ölkəmizin yaratdığı yeni siyasi reallıqlar bütün aparıcı milli institutlarımız, ən əsası isə siyasi partiyalarımız qarşısında yeni vəzifələr və çağırışlar müəyyənləşdirib. Ona görə də siyasi partiyalar haqqında qanun da bu çağırışların və vəzifələrin reallaşmasına hüquqi əsaslar yaratmalı idi. Yeni qanun da  siyasi sitemimizdə yeni keyfiyyət dəyişikliyi yaradacaq qədər təkmildir.

Bədiyyə Sadıqova ,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button