
Vaşinqtonda imzalanan sənəd regional münasibətlərdə mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu sənədin mahiyyəti tərəflərin bir-birinin ərazi bütövlüyünü rəsmən tanımasında əks olunur. Beləliklə, uzun müddət davam edən ziddiyyətlərin aradan qaldırılması üçün ciddi hüquqi zəmin formalaşır.
Ərazi bütövlüyünün tanınması beynəlxalq hüququn əsas prinsiplərindən biridir. Sənəddə bu tezisin vurğulanması, gələcəkdə baş verəcək hər bir siyasi, iqtisadi və diplomatik təmasların məhz bu baza üzərində qurulacağını göstərir. Bu, regionda sülhün davamlı olmasına yol açır.
Tərəflərin bu addımı atması həm də beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Çünki münaqişələrin həlli üçün əsas yol kompromis və hüquqi prinsiplərə sadiqlikdir. Bu baxımdan sənəd yeni əməkdaşlıq imkanlarını genişləndirir.
Nəticə etibarilə, Vaşinqton sənədi yalnız bir razılaşma deyil, gələcək münasibətlərin konturunu müəyyənləşdirən siyasi sənəd kimi tarixə düşdü. Onun icrası isə həm sülhü, həm də qarşılıqlı etimadı möhkəmləndirəcək.
YAP Xəzər rayon təşkilatının fəalı
Ağadadaş Həsənalıyev