Yeni elektrik stansiyalarının iş prosesində təbii qaza əhəmiyyətli dərəcədə qənaət edilir
Ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə olunması ətraf mühütün çirklənməsinin qarşısının alınmasına və ənənəvi enerji mənbələrindən qənaətlə istifadəyə gətirib çıxarır. Ekoloji təmizliyi, tükənməzliyi, həmçinin kiçik ərazidə belə tətbiq imkanı olduğundan külək enerjisi digər enerji mənbələrindən daha əlverişli hesab olunur. Bu enerjini istehsal etmək üçün ölkəmizin təbii potensialı da böyükdür. Belə ki, Abşeron yarımadasında və Xəzərboyu ərazilərdə küləkli günlərin çox olması külək enerjisi istehsalına əlverişli şərait yaradır. Həmçinin Azərbaycanda ildə 300 günəşli günün olmasını nəzərə alsaq, burada Günəş enerjisinin inkişafı da, sözsüz ki, perspektivlidir.Azərbaycan öz enerji resurslarını durmadan şaxələndirir, həm özünün, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Mingəçevirdə təməli qoyulan yeni İstilik Elektrik Stansiyası (İES) sözsüz ki, ölkəmizin enerji potensialını daha da gücləndirəcək.trik Stansiyasının tikintisi ölkəmizin enerji təhlükəsizliyində mühüm layihə olmaqla, həmçinin məşğulluğun artmasında, sahə üzrə ixtisaslı kadrların yetişməsində, karbohidrogen ehtiyatlarına qənaət olunmasında böyük əhəmiyyət daşıyacaq. Enerji resurslarımız xarici investorları cəlb edir, ölkəmizə sərmayələr yatırılır və iqtisadiyyatımız güclənir. Ümumiyyətlə, son illərin enerji layihələri hazırlanarkən burada ən xırda detallar düşünülür, əlverişli məqamlar nəzərə alınır.
Azərbaycan dünya bazarlarına qaz ixrac edən ölkə kimi bu sahədə də üstünlüklər qazanır. Ötən il dekabrın 17-də Buxarestdə yaşıl enerji ilə bağlı strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması da bu istiqamətdə atılan mühüm addımlardan biri oldu. Bu layihə ilə Azərbaycanın bu sahədə qarşıya qoyduğu əsas hədəf ixrac həcminin genişləndirilməsidir. Beləliklə, bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan Azərbaycan bu istiqamətdə də reallaşdırdığı layihələrlə enerji təhlükəsizliyinin təmin olunmasında mühüm aktor kimi öz fəaliyyətini durmadan genişləndirir. Enerji sektorunda genişmiqyaslı layihələr həyata keçirilsə də bu sahə yenilik, aktuallıq, diqqət tələb edən vacib strukturdur. Ölkəmizdə enerji potensialının daxili tələbatı ödəyə biləcək səviyyədə olmasına baxmayaraq, bu sahədə nəzərdə tutulan layihələr davam etdirilir, köhnə stansiyalar yenidən, müasir tələblərə uyğun qurulur, əlavə bloklar işə salınır. Bəllidir ki, ümumi inkişafı sürətləndirən yeni generasiya güclərinin yaradılması, enerji sisteminin müasirləşdirilməsi infrastruktur layihələrinin əsas istiqamətlərindəndir. Bu günədək həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında ölkənin enerji ilə təchizatına xüsusi diqqət yetirilməsi bütünlükdə iqtisadiyyatın qüdrətlənməsinə yönələn siyasətdir.Bir cəhəti də xüsusi qeyd etməliyik ki, artıq Azərbaycan elektrik enerjisi sferasında da əsas ixracatçı statusunu daşımağa başlayıb. Son illər elektrik enerjisinin ixracatçısı kimi mövqeyini daha da gücləndirib və bu sahədə getdikcə daha böyük uğurlara imza atmaqdadır. Özü də Azərbaycanın ixrac etdiyi elektrik enerjisi idxalı həm fiziki, həm də maliyyə göstəriciləri baxımından dəfələrlə üstələyir.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı