
“Şəhərsalma və Memarlıq İli” çərçivəsindəAzərbaycan Respublikasının Kənd TəsərrüfatıNazirliyində “Yeni Azərbaycan Partiyası: İnkişaf vənüfuzun təməl gücü” mövzusunda keçirilən iclasdaYAP Yasamal rayon təşkilatının sədri BəxtiyarNəbiyev, YAP Yasamal rayon təşkilatının sədrmüavini Elnarə Mustafayeva, AzərbaycanRespublikasının Kənd Təsərrüfatı nazirinin müaviniZaur Əliyev, “S.Vəzirov küç.91” (AzərbaycanRespublikasının Kənd Təsərrüfatı Nazirliyi) ünvanıüzrə ərazi partiya təşkilatının üzvləri və nazirliyinəməkdaşları iştirak edib.
İclas iştirakçılarını salamlayaraq çıxış edənAzərbaycan Respublikasının Kənd Təsərrüfatınazirinin müavini Zaur Əliyev bildirib ki, müasir vəmüstəqil Azərbaycanın əldə etdiyi uğurlar təsadüfideyil – bu nailiyyətlər dərin siyasi uzaqgörənlik, möhkəm ideoloji təməl və xalqın milli iradəsinəsöykənən düzgün inkişaf strategiyasının nəticəsidir. Bu möhkəm təməlin əsasını isə Ümummilli LiderHeydər Əliyev tərəfindən formalaşdırılmışdövlətçilik konsepsiyası təşkil edir. Onun müəyyənetdiyi siyasi kurs Azərbaycanı parçalanma və qeyri-sabitlikdən xilas edərək sabitlik, inkişaf və tərəqqiyoluna çıxardı. Məhz bu ideyaların davamı olaraqUlu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılanvə bu gün Prezident İlham Əliyevin rəhbərliyi iləfəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ölkəninictimai-siyasi həyatında keyfiyyətcə yeni mərhələninbaşlanğıcını qoydu. Prezident İlham Əliyevinməqsədyönlü və qətiyyətli siyasəti nəticəsindəölkəmiz həm regionda, həm də beynəlxalq arenadaöz mövqeyini əhəmiyyətli dərəcədəmöhkəmləndirmişdir. Əldə olunan möhtəşəmZəfərlər Azərbaycanın ərazi bütövlüyünü təminetməklə yanaşı, onun siyasi nüfuzunu da zirvəyəyüksəltmişdir. Xüsusilə işğaldan azad olunmuşQarabağ və Şərqi Zəngəzurda həyata keçiriləngenişmiqyaslı quruculuq və bərpa işləri dövlətsiyasətinin humanist və strateji mahiyyətini aydınşəkildə nümayiş etdirir. Bütün bunlar bir daha sübutedir ki, Azərbaycanın bugünkü uğurları möhkəmsiyasi iradənin, düzgün idarəetmənin və xalq-liderbirliyinin nəticəsidir. Yeni Azərbaycan PartiyasıAzərbaycanın müasir inkişaf strategiyasınınformalaşmasında və həyata keçirilməsində mühümrol oynayır. Partiya Ulu Öndər Heydər Əliyevinideyalarına əsaslanaraq dövlətçilik ənənələrinimöhkəmləndirmiş və sabit siyasi mühit yaratmışdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə YeniAzərbaycan Partiyasının fəaliyyəti ölkəninbeynəlxalq nüfuzunun artmasına və davamlıinkişafına əhəmiyyətli töhfə verir.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədriBəxtiyar Nəbiyev qeyd edib ki, müasir, müstəqilAzərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlərqazanaraq güclü – qüdrətli dövlətə çevrilməsiÜmummilli Lider Heydər Əliyevin ideyaları əsasındavə Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən YeniAzərbaycan Partiyası ilə bilavasitə bağlıdır. Bu günətrafında 755 mindən çox üzvü birləşdirən YeniAzərbaycan Partiyası öz yaranışı ilə Azərbaycanınictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələrtarixinə yeni bir keyfiyyət halı gətirdi. Müstəqilliyinilk illərinin ictimai-siyasi proseslərinə, ümumimənzərəsinə nəzər saldıqda görürük ki, Azərbaycanxalqı və dövləti üçün taleyüklü məsələlərin həlliməhz lider amili, onun qətiyyəti və uğurlu siyasəti, xalq-lider birliyi sayəsində mümkün olmuşdur. YeniAzərbaycan Partiyasının siyasi zərurətdən və ictimaitələb əsasında yaranmış partiya olduğunu bildirənBəxtiyar Nəbiyev qeyd edib ki, bu gün Prezident, Partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyiilə Azərbaycan öz müasir, möhtəşəm tarixini yaşayır. Əldə olunan Zəfərlər bu gün Azərbaycanı dünyada ənnüfuzlu ölkələrdən birinə çevirmişdir. Bu günPrezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ vəŞərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuqvə bərpa proseslərində Heydər Əliyev Fondu da xüsusi humanitar, mədəni və sosial layihələrləregionun dirçəlişinə mühüm töhfə verir. Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyası Sədrinin birincimüavini Mehriban xanım Əliyevanın rəhbərliyi butəşəbbüslərə strateji istiqamət, zərif yanaşma vəyüksək təşkilatçılıq gətirərək işlərin sürətli vəkeyfiyyətli icrasını təmin edir. Onun fəaliyyətiQarabağın bərpasını milli həmrəyliyin, inkişafın vədövlətçilik ideyalarının real təcəssümü kimi daha da gücləndirir. Çıxışının sonunda Bəxtiyar Nəbiyeviclas iştirakçılarına fəaliyyətlərində uğurlar diləyib vəPartiyanın ictimai-siyasi həyatında aktiv olmağaçağırıb.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb, ərazipartiya təşkilatına yeni sədr və sədr müaviniseçilməsi məsələsinə baxılıb. Ərazi partiyatəşkilatının sədri vəzifəsinə AzərbaycanRespublikasının Kənd Təsərrüfatı nazirinin müaviniZaur Əliyevin və sədr müavini vəzifəsinə isənazirliyin Elm, təhsil və insan resursları şöbəsininmüdiri Fərid Nəcəfovun namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində Zaur Əliyev ərazi partiyatəşkilatının sədri, sədr müavini isə Fərid Nəcəfovseçilib. Zaur Əliyev və Fərid Nəcəfov ərazi partiyatəşkilatı tərəfindən onlara göstərilən yüksək etimadagörə öz dərin minnətdarlıqlarını ifadə ediblər.







