Yeni Azərbaycan Partiyası dayanaqlı inkişafın və siyasi sabitliyin təminatçısıdır

Yeni Azərbaycan Partiyasının yaranması ölkə tariximizin ən mühüm hadisələrindən biridir. Ulu Öndərin liderliyi ilə güclü siyasi təşkilat və xalqın partiyası kimi yaradılan Yeni Azərbaycan Partiyası dövlətimizin qurulması və inkişafında xidmətləri olan böyük siyasi idarəçılık məktəbidir. Partiya 31 ildir ki Azərbaycan xalqına xidmət edir. 31 illik fəaliyətinə əsaslanaraq onu demək olar ki, xalqımız partiyanın fəaliyyətindən razıdır. Ölkəmiz layiqincə öz vəzifələrini yerinə yetirir.
Bu gün Azərbaycan dünyada hörmətlə xatırlanan ölkələr sırasındadır. Bu nailiyyətlərin əldə edilməsində Ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasət yolu əsas rol oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətli inkişaf edir və rəhbəri olduğu Yeni Azərbaycan Partiyası tarixi sınaqlardan uğurla çıxır. Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mübariz oğul və qızlarının şücaəti sayəsində 44 günlük Vətən müharibəsində Şanlı qələbə qazanaraq tarix yazmaqla otuz illik işğala son qoydu. Tarixi ədalət bərpa olundu. Bu qazanılmış zəfərdə Ulu Öndər siyasətinin layiqli davamçısı olan Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən, düşünülmüş xarici və daxili siyasəti böyük rol oynayır.
Partiyamız cəmiyyətin ən əzəmətli təşkilatı kimi özünü sübut etməklə, bu gün siyasi ordu kimi özünü biruzə verməkdədir. Partiya sıralarında bu qədər vətəndaşın cəmlənməsi ölkə vətəndaşlarının mütləq əksəriyyətinin Ulu Öndər Heydər Əliyevin ideyalarına dərin inamından irəli gəlir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Əminliklə deyə bilərik ki, Yeni Azərbaycan Partiyası dayanaqlı inkişafın və siyasi sabitliyin təminatçısıdır.
Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi