
19 sentyabr 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Siyəzən Rayon Təşkilatında uzun illər partiyamızın fəaliyyətində fəal iştirak etmiş partiya üzvümüz Siyəzən rayon Su Meliorasiya Sistemlərinə Nəzarət İdarəsi (Siyəzən şəhəri D. Turabov küçəsi 3) ƏPT-nın sədr müavini Yusifov Nadir Yusif oğlunun 65 illik yubileyi qeyd olunub.
YAP Siyəzən RT-nin rəhbərliyi və əməkdaşları yubilyarın partiya və cəmiyyət üçün gördüyü işlərdən bəhs edib, onun daim dövlətçilik prinsiplərinə sadiq olmasını və nümunəvi partiya üzvü olmasını xüsusi vurğuladılar.
Tədbir zamanı yubilyara fəxri fərman və xatirə hədiyyəsi təqdim olunub. Yubilyar göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib və partiyanın ideallarına hər zaman sadiq qalacağını vurğulayıb.
Tədbir səmimi və xoş bir atmosferdə keçib və sonda xatirə şəkilləri çəkdirilib.
YAP Siyəzən RT bundan sonra da öz fəal üzvlərini daim diqqətdə saxlayacaq.