
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gənclər və könüllülər üçün təşkil etdiyi “Qış məktəbi”nin iştirakçıları “Uğurlu gənc” layihəsi çərçivəsində Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Kamal Cəfərov ilə görüşüblər.
Aktualinfo.az xəbər verir ki, görüşdə YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov layihənin mahiyyəti və əhəmiyyəti haqqında məlumat verib.
Sonra çıxış edən Kamal Cəfərov dövlətin gənclər siyasəti, Heydər Əliyev ideyaları və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları barədə danışıb.
Görüş səmimi müzakirə əsnasında davam etdirilib.
#YAPNizami #YAPNizamiQisMektebi












