“Nəcəf bəy Vəzirov küçəsi 41” ünvanı (“1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxs) üzrə yeni ərazi partiya təşkilatı təsis edilib. Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı “Nəcəf bəy Vəzirov küçəsi 41” ünvanı (“1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxs) üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.
Aktualinfo.az xəbər verir ki, təsis iclasında çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həlli üçün zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmış bir partiyadır.
Sonra çıxış edən 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi direktoru Kəmalə Abdullayeva qeyd edib ki, Yeni Azərbaycan Partiyasının xarici əlaqələri çox genişdir və bu əlaqələr gündən-günə genişlənir. Eyni zamanda, ölkə daxilində mövqelər çox möhkəmdir. Partiya demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır.
Çıxışlardan sonra səsvermə keçirilib və “Nəcəf bəy Vəzirov küçəsi 41” ünvanı üzrə ərazi partiya təşkilatı təsis edildi.
1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullayeva yekdilliklə “Nəcəf bəy Vəzirov küçəsi 41” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, metodist-dərnək rəhbəri Xəyalə Yolçuyeva isə sədr müavini seçildi.
Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər.