GündəmSosial

YAP Binəqədi rayon təşkilatında silsilə tədbirlər davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn məsələlərlə bağlı YAP Binəqədi rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə tədbirlər və görüşlər davam etdirilir.
Belə ki, rayon təşkilatının 7-ci mikrorayon S.S.Axundov küçəsi 9/33,
9-cu mikrorayon M.Cəlal küçəsi 33/69, 6-cı mikrorayon S.Məmmədova küçəsi 203, Z.Bünyadov prospekti 73, M. Məmmədxan küçəsi 1, Binəqədi qəsəbəsi II mədən, S.S.Axundov küçəsi 3123, 7-ci mikrorayon S.S.Axundov küçəsi 3, 8-ci mikrorayon Ş.Məmmədova küçəsi 91, 8-ci mikrorayon S.S.Axundov küçəsi 4 , 28 May qəsəbəsi, 9-cu mikrorayon M.Cəlal küçəsi 103, 9-cu mikrorayon M.Cəlal küçəsi 85, Azadlıq prospekti 200, Biləcəri qəsəbəsi, X. Məlikaslanov küçəsi 10, Azadlıq prospekti 193,
Naxçıvani küçəsi 38, A.Gəraybəуli küçəsi 73 ünvanlı ərazi partiya təşkilatlarında keçirilib.
Keçirilən tədbirlər zamanı dövlət başçısının tarixi qurultayda proqram xarakterli çıxışında irəli sürdüyü konseptual ideyalar geniş təhlil olunmuş, ölkəmizin gələcək inkişaf strategiyasının prioritetləri, respublikamızın qazandığı tarixi, xüsusilə də zəfər nailiyyətləri fonunda milli həmrəyliyin və monolit siyasi birliyin dövlətçiliyimizin qorunmasındakı müstəsna əhəmiyyəti ətrafında əhatəli müzakirələr aparılmışdır.
İştirakçıların böyük marağına səbəb olan bu görüşlərdə geniş tərkibdə təmsil olunan partiya üzvləri ölkənin yeni inkişaf mərhələsində qarşıda duran vəzifələrin reallaşdırılması prosesinə öz töhfələrini verəcəklərini vurğulamışdırlar.

Oxşar Xəbərlər

Back to top button