Analitika

Yanındayıq, qardaş!

Türkiyənin qarşılaşdığı bütün çətin məqamlarda ona hər cür dəstək və yardım göstərən Azərbaycan bu dar gündə də qardaşının köməyinə çatan ilk ölkə oldu. Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü.Dövlət başçısının göstərişinə əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri ötən gün qardaş ölkəyə yola düşüb. FHN-dən verilən məlumata görə, qüvvələrin tərkibinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki Müdafiə Qoşunları və Bakı Regional Mərkəzinin müvafiq şəxsi heyətləri daxildir.Axtarış-xilasetmə əməliyyatları üçün zəruri vasitələrlə, o cümlədən xüsusi təlim görmüş xilasetmə itləri ilə təmin olunmuş qüvvələri qardaş ölkəyə çatdıran təyyarələr Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə uçub. Prezident İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə Azərbaycan ordusunun hərbi Tibbi personalı ezam edilmişdir. Müxtəlif təyinatlı 20 həkim baş verən hadisənin ilk saatlarından qardaş ölkəyə ezam olunub. Ölkəmizin müxtəlif bölgələrindən Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə yardım məqsədi ilə kompaniya başlanlb. Sərt hava şəraitinə baxmayaraq yardım toplama məntəqələrinə axın edən insanlar öz köməkliklərini əsirgəmirlər. Azərbaycanın ən böyük şirkəti SOCAR öz dəstəyini verməyə başlayıb. Bütün dövlət qurumları bu gün Qardaş türkiyənin yanındadır. Bütün yardımlar bir mərkəzdən idarə olunacaq.Ölkəmizin xəstəxanalarında yaralı qardaş-bacılarımızın müalicəsi üçün bütün şərait var.dövlətinin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün
əsas amildir. Türkiyə bu ağır və açı savaşdan şərəflə çıxacaq. Deyildiyi kimi Türkiyədə baş vermiş zəlzələnin nəticələrini aradan qaldlrılması ilə bağlı Azərbaycan böyük dəstək gösrətmişdir. Eyni zamanda ölkənin Ali təhsil müəsisələrində, ümumtəhsil müəsisələrində zərərməkmişlərə humanitar yardım məqsədi ilə aksiyalar keçirilir.İnanırıq ki, tarixin və zamanın ən sərt sınaqlarından keçən, qardaş Türkiyə bu çətinliyə də ləyaqətlə sinə gərəcək, əsrlərin sınağından kecən qardaşlığımız daha da möhkəmlənəcək.

Fərmin Quliyev,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi

Oxşar Xəbərlər

Back to top button