AnalitikaGündəmSiyasət

Xocalının acı yaddaşı

Azərbaycan tarixində dərin iz buraxan hadisələrdən biri Xocalı soyqırımıdır. 1992-ci ilin fevralında dinc əhaliyə qarşı həyata keçirilən amansız hücum nəticəsində yüzlərlə insan qətlə yetirildi. Bu faciə yalnız bir şəhərin deyil, bütün xalqın yarasına çevrildi.

Hadisələr etnik təmizləmənin açıq nümunəsi idi. Qadınlar, uşaqlar və yaşlı insanlar belə qəddarlıqdan xilas ola bilmədi. Beynəlxalq hüququn bütün prinsiplərinə zidd olan bu addımlar müharibə cinayətləri siyahısına daxil ediləcək qədər ağır idi.

Xocalı soyqırımı yalnız keçmişin faciəsi kimi deyil, həm də insanlığın yaddaşında ədalət tələbi olaraq qalır. Bu hadisəni törədənlərin cəzasız qalması isə beynəlxalq ədalətin gecikdiyini göstərir. Azərbaycan ictimaiyyəti və diasporu bu həqiqətləri dünyaya çatdırmaq üçün daim mübarizə aparır.

Faciənin ildönümlərində keçirilən anım tədbirləri xalqın həmrəyliyini və tarixə sahib çıxmaq iradəsini nümayiş etdirir. Xocalı qurbanlarının xatirəsi ədalətin bərpası uğrunda mübarizənin simvoluna çevrilib.

YAP Xəzər rayon təşkilatının fəalı
Turan Zeynalzadə

Oxşar Xəbərlər

Back to top button