Xocalıda soyqırımı cinayəti
“Xocalı faciəsi 200 iləyaxın bir müddətdə erməni şovinist – millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamlı və qanlı səhifəsidir” – Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev.
Keçmişini unudanların onu yenidən yaşamaq məcburiyyətində olması tarixin ibrət dərsidir. Azərbaycanın müasir tarixində unudulması mümkün olmayan, bütövlükdə xalqın qəlbində dərin iz salaraq onu daim mübarizə və qisas ruhunda kökləyən elə faciəli hadisələr var ki, heç zaman milli yaddaşdan silinməyəcəkdir.
Ermənilərin xalqımıza qarşı qəddarlığı əsirlər boyunca davam etmişdir. 1905-1907, 1918-1920, 1937, 1948-1953 və 1988-ci ildən 26 fevral 1992-ci ilə kimi törətdikləri soyqırımlar, vəhşiliklər, terror hadisələri cəzasız qalmışdır. 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri – Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasıdır. 1992-ci ilin qanlı faciəyə kimi Xocalıda 7 min əhali yaşayırdı. İşğal olunmazdan əvvəl Xocalıda Ermənistandan qovulan 1500 azərbaycanlı, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli soydaşlarımız və 1989-cu ildə Fərqanədən qovulmuş 495 məhsəti türkü də burada məskunlaşmışdı. 1988-ci ilin oktyabrında Azərbaycan hökuməti Xocalının sosial inkişafına dair xüsusi qərar qəbul etdi. Xocalı Qarabağda yeganə mülki hava limanına malik mühüm kommunikasiya mərkəzi idi. Xocalı polisi ermənilərin aeroport vasitəsilə Xankəndinə hərbi sursat daşımasının qarşısını tədricən almışdı. Soyqırımı törətməkdə ermənilərin məqsədləri:
Qarabağda digər şəhərləri tutmaq üçün strateji üstünlük qazanmaq
Xocalıda törədilən soyqırım ilə psixoloji üstünlük əldə etmək və azərbaycanlıların iradəsin qırmaq
Xocalıda və ətraf ərazilərdə olan tarixi izlərin onların ərazi iddialarını puça çıxartdığı üçün şəhəri yer üzündən silmək.
Ermənilər məkrli siyasətini 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının həyata keçirdi. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması Dağlıq Qarabağ Respublikası hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir. Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi.
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Xocalının işğalı zamanı böyük şücaət göstərərək şəhid olmuş və Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür:
Əlif Hacıyev – Xocalı aeroportunun komendantı
Tofiq Hüseynov – Xocalı ərazi özünümüdafiə batalyonunun komandiri
Aqil Quliyev – Xocalıda rota komandiri
Hikmət Nəzərli, Füzuli Rüstəmov, Canbulaq Rzayev, Araz Səlimov
Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü ildə “Xocalı soyqırımı haqqında” qərar qəbul etdi. Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.
Xocalıda yalnız əhali deyil o cümlədən maddi – mənəvi nümunələr,evlərdə məhv edildi. Şəhər yer üzündən silindi. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri – daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada memarlıq abidələri – dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.
Bu vəhşiliklər haqqında xarici mətbuatın yazdıqlarından:
Krua l’Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər.
Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.
Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.
Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.
Tayms qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində dövlət qurumları, gənclər təşkilatları və ali təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan təqdimatlar təşkil edilir. Kompaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir.
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilmişdir. 2019-cu il fevralın 26-da Bakı şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Xətai rayonundakı “Ana harayı” abidəsinə ümumxalq yürüşündə 55 min insan iştirak edib.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük vətən müharibəsində qəhrəman Azərbaycan ordusu şəhidlərimizin qanın yerdə qoymayıb, qisasların aldılar.
Mətanət Əhmədzadə,
Xəzər rayonu, 122 nömrəli ümumi orta məktəbin müəllimi