
Xocalı Soyqırımı, 1992-ci ilin fevralın 25 -dən 26- sına keçən gecə Ermənistan silahlı qüvvələri və Rusiyanın 366- cı moto alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərində həyata keçirilmiş ən dəhşətli və deyərdim ki, növbəti soyqırım cinayətlərini həyata keçirtdilər. Bu soyqırım, insanlıq və bəşəriyyətə qarşı tarixdə qara bir ləkə olaraq qalacaqdır. İlk öncə “soyqırım “və “genosid” ifadəsinə aydınlıq gətirək. Bu termini elmə ilk dəfə, ilk dəfə 1944-cü ildə polşalı hüquqşünas və tarixçi alim Rafael Lemkin tərəfindən gətirilib. Daha sonra, 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən Soyqırımı Əleyhinə Konvensiyasında beynəlxalq cinayət kimi tanıyan və soyqırımın qarşısını almaq üçün dövlətləri məsuliyyətə cəlb edən ilk hüquqi sənəd kimi qəbul olundu. Xocalıda nə baş verirdi? Xocalı soyqırımı nəticəsində 613 nəfər həlak oldu, 25 uşaq hər iki valideynlərini,130 uşaq bir valideynini itirdi,8 ailə tamami ilə məhv edildi,63 uşaq qətlə yetirildi,150 nəfər itkin düşdü, 487 nəfər ağır yaralandı və 1275 nəfər əsir alındı. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. Soyqırım hər hansı bir milli, etnik, irqi və ya dini qrupun tam və qismən məhv edilməsi məqsədilə hərəkətlərdə ifadə olunan beynəlxalq cinayətdir. İşğalçı ermənistan Respublikası və onun havadarları Beynəlxalq hüququn prinsiplərini və normalarını kobudcasına pozmuşdular. Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdir.Baxın bunları biz yazmamışıq bəzilərini olduğu kimi qeyd edirəm “Tayms” qəzeti (London), 4 mart 1992-ci il: “Meyitlərin çoxu eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır”. “İzvestiya” qəzeti (Moskva), 4 mart 1992-ci il: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdi. Kişilərin skalpları götürülmüşdü. Nəticə etibarı ilə beynəlxalq hüquq gücsüz və nüfuzunu itirib desek yanılmarıq. İşğalşı Ermənistan Cenevrə Konvensiyasının bütün protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirdikləri soyqırım cinayəti olduğu bir daha öz təsdiqini tapdı. Xocalı soyqırımının məqsədyönlü xarakteri ilə bağlı mövcud faktlar, o cümlədən soyqırımının təşkilatçılarından biri olan Ermənistanın keçmiş müdafiə naziri və daha sonra dövlət başçısı olmuş Serj Sarkisyanın etirafları göstərir ki, bu faciə düşünülmüş siyasətin tərkib hissəsi olub”. Sadəcə dünya susurdu, biz ədalətsiz dünyadan ədalət gözləyirdik. Xocalı faciəsinə ilk siyasi qiymət kimi 1994-cü ildə ümummilli liderimiz Heydər Əliyev tətəfindən vermişdir. Bununla bağlı xüsusi Fərman vermiş, Azərbaycan Respublikasının Milli 6 Məclisinin Qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli fərmanı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut edilir. Ali Baş Komandanımız ,prezident cənab İlham Əliyev bu faciəylə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün təbliği və günahkarların layiqli cəzalandırılması istiqamətində həm ideoloji, həm mədəni, həm iqtisadi, həm sosial, həm də digər sahələrdə hücum diplomatiyasını uğurla həyata keçirtdi. Cənab Prezidenlə yanaşı vitse- prezident Mehriban Əliyeva və 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın da daxil olduğu İslam Əməkdaşlıq Təşkilatı ilə birlikdə “Xocalıya ədalət” kampaniyası uğurla həyata keçirtdi. Bu təşkilata daxil olan ölkələr Xocalı soyqırımını rəsmi olaraq qəbul etmişlər. “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynamışdır. Ermənilər Xocalını yer üzündən silməklə qədim mədəniyyətə malik bir ərazinin tarixini məhv etməyə, unutdurmağa çalışırdılar. Bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilmişdir.2020-ci il 27 sentyabr tarixində Beynəlxal hüququn özünü müdafiə hüququndan istifadə edərək əks hucum əməliyyatı həyata keçirtdik. “Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “Dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin ruhu şaddır. 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan təmizlənmiş,və 15 oktyabr 2023-cü ildə Azərbaycan Prezidenti Xocalıda dövlət bayrağını ucaltmışdır.Bu faciə insanlıq əleyhinə cinayət olaraq dünya hüquq sistemində özünə layiqli qiymətini almalıdır. Faciənin üzərindən 34 illik bir zaman keçsə də xalqımız bu qanlı soyqırım aktını heç vaxt unutmur və unutdurmayacaq. Cənab Prezidentimizin fikri ilə desek“Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq qoymadıq ki, onların qanı yerdə qalsın.
Kəmalə Nəsirova,
Bakı Slavyan Universitetinin müəllimi



