AnalitikaGündəmSiyasət

Xocalı Soyqırımı Memorialı bizim birliyimizin rəmzidir

 

İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılış mərasimində etdiyi çıxış Azərbaycan tarixinin ən ağrılı, eyni zamanda qürurverici səhifələrindən birinə həsr olunmuş mühüm siyasi və mənəvi hadisə kimi yadda qaldı. Dövlət başçısı çıxışında vurğuladı ki, Xocalı faciəsi xalqımıza qarşı törədilmiş soyqırımı aktıdır və bu dəhşətli cinayət heç vaxt unudulmayacaq. O qeyd etdi ki, memorialın yaradılması həm şəhidlərin xatirəsinə ehtiramın ifadəsi, həm də tarixi ədalətin dünyaya çatdırılması baxımından mühüm addımdır.

Prezident bildirdi ki, Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında silinməz iz buraxıb və hər il 26 fevral tarixində xalqımız bu faciəni dərin hüznlə anır. Onun sözlərinə görə, memorial kompleksi gələcək nəsillərə həqiqətləri çatdırmaq, tariximizi saxtalaşdırmaq istəyən qüvvələrə qarşı faktlarla cavab vermək üçün vacib ideoloji məkandır. Dövlət başçısı Xocalıda qətlə yetirilən günahsız insanların xatirəsinin daim uca tutulacağını xüsusi vurğuladı.

Çıxış zamanı Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu da qeyd edərək bildirdi ki, bu gün Xocalıda memorialın açılması tarixi ədalətin təntənəsidir. O, şəhidlərin qanının yerdə qalmadığını və Azərbaycanın öz torpaqlarında güclü dövlət kimi möhkəmləndiyini diqqətə çatdırdı. Prezident vurğuladı ki, bu gün Xocalıda Azərbaycan bayrağının dalğalanması xalqımızın birliyinin və qətiyyətinin nəticəsidir.

Dövlət başçısı çıxışında beynəlxalq ictimaiyyətə də mesaj ünvanlayaraq Xocalı soyqırımının dünya miqyasında tanınmasının vacibliyini bildirdi. O qeyd etdi ki, Azərbaycan dövləti həqiqətlərin beynəlxalq platformalarda tanıdılması istiqamətində fəaliyyətini davam etdirəcək. Prezident vurğuladı ki, ədalət və beynəlxalq hüquq prinsipləri əsas götürülməli, belə faciələrin təkrarlanmaması üçün konkret addımlar atılmalıdır.

Prezident İlham Əliyev memorialın memarlıq baxımından da xüsusi məna daşıdığını qeyd edərək bildirdi ki, bu kompleks həm hüznün, həm də qələbə ruhunun rəmzidir. O, Xocalının yenidən qurulması və dirçəldilməsi istiqamətində görülən işlərdən danışaraq vurğuladı ki, şəhər tezliklə əvvəlkindən daha gözəl və müasir görkəmdə olacaq. Dövlət başçısı qeyd etdi ki, Xocalı artıq həyatın bərpa olunduğu, yeni inkişaf mərhələsinə qədəm qoyan bir məkandır.
Sonda Prezident xalqımızı birliyə, həmrəyliyə və tarixi yaddaşı qorumağa çağırdı. O bildirdi ki, Xocalı soyqırımı qurbanlarının xatirəsi daim qəlbimizdə yaşayacaq və onların ruhu qarşısında borcumuz güclü Azərbaycan dövləti qurmaqdır. Memorialın açılışı isə bu müqəddəs amalın rəmzi və gələcək nəsillərə ünvanlanmış mühüm mesajdır.

 

Yalçın İsmayılov
YAP Ağstafa rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button