Xocalı Azərbaycanın və regionun qədim insan yurdu, insanlığın yarandığı torpaq

Xocalı Azərbaycanın və regionun qədim insan yurdu, insanlığın yarandığı torpaq. Uğrunda çoxlu canların getdiyi şəhər. Milli mənliyimizin alçalmasının ən bariz nümunəsi olan şəhər.
İndi isə qürur yerimiz, beli bükülmüş xalqın qəddinin düzəldiyi torpaq. Əbəs yerə 1- ci Qarabağ savaşında qəhrəmanlarımızın qanı və canı bahasına qorumaq istədiyi yer olmamısan. Strateji mövqen, cənnət diyarın qonşularının həsəd apardığı yer olmağına səbəb olmuşdur. Məhz ona görə də dünyada misli görülməmiş soyqırım kimi təcrübən oldu. Və bu bizə dərs olmalı idi, necə ki, oldu da. Biz İnanırdıq. Bizdən də çox O-21 əsr dahisi inanırdı. İnanırdı ki, nə vaxtsa, atasının vəsiyyətini yerinə yetirib, xalqını həsrət buraxıldığı torpağına qovuşduracaq.
Heç də təsüdüfü deyildi ki, Xocalı şəhidlərinin Memorial kompleksinin layihəsi çoxdan hazır olsa da, tikintisinə başlanılmamışdı. Bütün dünyada ədalətin olmadığı bir dövrdə biz öz ədalətimizi bərpa etdik. 613 Xocalı şəhidinin qisasını aldıq. Hərb yolu bizim üçün ən sonuncu yol idi. Çünki dəfələrlə müxtəlif ölkələrə soyqırımın tanınması üçün müraciət edilsə də, haqq səsimizə cəmi 18 ölkə hay verdi. Ədalətin təməli məhz İkinci Qarabağ savaşından sonra atıldı. Bu qürürlu tariximizdə 30 ildən çox işğal altında olan tarixi torpaqlarımızın böyük əksəriyyəti Ali Baş Komandan Cənab İlham Əliyevin başçılığı altında Müzəffər Azərbaycan hərbiçiləri tərəfindən geri qaytarıldı. İlanın başı isə 2023- cü il sentyabr döyüşləri ilə tamamilə əzildi və Azərbaycan bütöv oldu. 2023- cü il oktyabrın 15- də uzun illərdən sonra Azərbaycan bayrağı Xocalıda ilk dəfə dalğalandı.
Hazırda “böyük köç “adlı tarixi anları yaşayırıq. Minlərlə sakinlər öz ata-babalarının miras qalan torpaqlarına geri qayıdır və qayıdacaq.Cinayətkar və özünü dünyaya yazıq xalq kimi sırımağa çalışan Ermənistanın isə bu tarixi həqiqətlə barışmaqdan başqa çarəsi yoxdur. Yəni o qapı bu qapı düşüb himayədar axtarmasın qardaşı Fransa ilə bərabər….Biz qisasımızı həm İkinci Qarabağ savaşında, həm də antiterror əməliyyatları zamanı almışıq. Revonşizm meyli əgər baş qaldırsa, “dəmir yumruğ”un daim qüvvədə olmasını da unutmasınlar.
2008-ci ildən bəri Heydər Əliyev fondunun vitse- prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalıya ədalət adlı kompaniya sayəsində dünyaya soyqırımı tanıtdirsaq da, görməzdən gələn ölkələrə agah olsun ki, Azərbaycan əvvəlki Azərbaycan deyil və öz tarixini heçvaxt unutmayacaq. Ali Baş Komandamız demiş “30 il yox heç 300 il keçsə də, yaşatdıqları vəhşiliyi unutmayacayıq”.
Məmmədova Aysel,
Xəzər rayonu, 136 nömrəli tam orta məktəbin müəllimi



