Analitika

Xankəndində növbəti tarixi anlar yaşandı

Dekabr ayının 21-i Azərbaycan futbolu tarixə qızıl hərflərlə yazıldı. İşğaldan azad edilən Xankəndi şəhərində tarixi anların şahidi olduq. “Qarabağ” Azərbaycan Kubokunun 1/8 final mərhələsində MOİK-i sınağa çəkdi. Bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu.

Qeyd edək ki, Xankəndində səfər zamanı çıxış edən cənab Prezident  İlham Əliyev bəyan etdi ki, bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq.

20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev xalqa müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Elə də oldu, ötən iyirmi il ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkələr sırasına daxil oldu. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır.

İndi Azərbaycan güclü dövlətə çevrilib və qüdrətli, yenilməz Ordumuz mövcudddur. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Son 20 ilə nəzər salsaq Azərbaycanın əldə edilmiş uğurları o qədər çoxdur yazmaqla bitməz.

Azərbaycan artıq regionda yeni geostrateji və geosiyasi reallıq yaradıb. Bu reallıqlar hüquqa,haqq-ədalətə tam uyğun həyata keçirilib. Biz öz ərazi bütövlüyümüzü haqlı olaraq təmin edib, tarixi ədalətə nail olmuşuq.

Bu gün qalib ölkənin qalib vətəndaşı olmaqdan hər birimiz böyük qürur hissi keçiririk. İşğaldan azad olunmuş ərazilərimizdə quruculuq işlərinin vüsəti heyrət doğurur. Xankəndində şanlı tariximizin böyük şəxsiyyətlərindən olan Prezident İlham Əliyev xalqımıza böyük qələbə sevincini yaşatdı!

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatını məsləhətçisi.

Oxşar Xəbərlər

Back to top button