AnalitikaGündəmSiyasət

Xankəndidə Novruzun İşığı

2024-cü ilin 18 martında Xankəndi şəhəri tarixində unudulmaz günlərdən birini yaşadı. Həmin gün Azərbaycan xalqının ən qədim bayramlarından olan Novruz münasibətilə şəhərdə tonqal alovlandırıldı. Bu hadisə yalnız mövsümün dəyişməsini deyil, həm də qələbədən sonra həyatın bərpasını və birlik ruhunu simvolizə etdi.

Tonqalın alovlanması ilə birlikdə Xankəndinin küçələri bayram əhval-ruhiyyəsi ilə doldu. İnsanların üzündəki sevinci, uşaq gülüşlərini, milli musiqinin sədalarını görmək həmin anın tarixi dəyərini daha da artırdı. Novruzun dirçəlişi bu torpaqlarda doğma ənənələrin qayıdışını göstərdi.

Novruz tonqalının alovu həm də qaranlığı dağıdan işığın, ədalətin və zəfərin rəmzi idi. İllərlə işğal altında qalan şəhərdə milli dəyərlərin belə təntənə ilə qeyd olunması Azərbaycanın suverenliyinin ən gözəl təcəssümü kimi tarixə yazıldı.

Xankəndidə yandırılan tonqal xalqımızın gələcəyə inamını, milli birliyini və vətən sevgisini bir daha gücləndirdi. Bu alov gələcək nəsillərə ümid və güc aşılayan əbədi bir simvol olaraq qalacaq.

YAP Xəzər rayon təşkilatının fəalı
Günay Şahverdiyeva

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button