Xankəndidə keçirilən futbol oyunu ev sahiblərinin evlərinə döndüyünün mesajıdır
Prezident İlham Əliyevin cari ilin 21 dekabr tarixində Xankəndi stadionunda çıxışı Tarixi gün. Cari ilin 21 dekabr tarixində Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirilmişdir.Bütün Azərbaycan xalqının sevincinə səbəb olmuş unudulmaz hadisə. İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilib.Şəhidlərin ruhuna ehtiram və vətənpərvərlik nümunəsi. İlk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak etmişdirlər. Futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır.Tarixi həqiqətlər. Xankəndinin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Xankəndidə keçirilən oyun çox tarixi bir oyundur. Çünki, 30 ildən çox idi ki, həmin yerlərə əsil sahiblərinin ayağı dəymirdi. Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun nəhayət ki, baş tutdu. Hər zaman Xankəndi və Qarabağdan xəbərlər verən Erməni saytları isə bu xəbəri gizlətməyə çalışdı. Ermənilər qəzəb içindədir, düşmən mediasında baş tutacaq oyunla bağlı heç bir məlumat verilmədi.Təbii ki, Xankəndidə keçirilən futbol oyunu çox önəmlidir. Bu ev sahiblərinin evlərinə döndüyünün mesajıdır. Bunu futbol klubları səviyyəsində nümayiş etdirməyin özü belə dünyaya bir mesajdır.30 il ərzində Xankəndidə separatçılar yuva salmışdılar. Xankəndi şəhəri separatizmin rəmzinə çevrilmişdi.Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri Azərbaycan xalqıdır.Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır; Əbədi qürur mənbəyi. Qarabağın azad olunması böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər.Quruculuq-abadlıq işləri bütün Qarabağda aparılır. Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı