Analitika

Xankəndidə illər sonra tarixi oyun keçirildi

Cari ilin 21 dekabr tarixində Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirilmişdir.  Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak etmişdirlər. Prezident İlham Əliyev Xankəndi stadionund çıxış edərək bildirib ki, bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var:  Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq.   Qürürverici haldır ki, bu gün  Azərbaycan bayrağı Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndidə  dalğalanır,  dövlət gerbimiz  Xankəndinin mərkəzində  yerləşən inzibati  binanı bəzəyir. Bu, böyük xoşbəxtlikdir  və tarixi hadisədir.  Bu Qələbə bizim  tariximizdə əbədi yaşayacaq. Bizdən sonra  gələn nəsillər  bu Qələbə  ilə əbədi və haqlı olaraq fəxr edəcəklər. Xalqımızın onilliklər  ərzində olan  arzuları  çin oldu, ləyaqəti bərpa olundu.  Prezident İlham Əliyevin əzmli, qətiyyətli siyasətçi və dövlət başçısı olmaqla yanaşı, güclü strateq, hərbi incəlikləri ən yüksək səviyyədə təhlil edərək qərar verən lider olduğunu bir daha sübut etdi.  İnsanlar Ali Baş Komandanımızın hakimiyyətdə olduğu 20 il ərzində verdiyi bütün vədləri yerinə yetirdiyinə, sözün əsl mənasında hər bir azərbaycanlının prezidenti olduğuna şahidlik ediblər. Bu gün xalq-iqtidar birliyinin nəticəsidir ki, ölkəmiz dinamik inkişaf edir, işğaldan azad olunmuş torpaqlarımızda sürətli və geniş miqyaslı quruculuq işləri aparılır. “Mənim işim xalqa xidmət etməkdir, bunu edirəm, bundan sonra da edəcəyəm və bütün işlərimdə mən xalqa arxalanıram” – deyən cənab İlham Əliyev daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, reallığa adekvat olduğunu sübuta yetirir. Bu gün Azərbaycan xalqı öz ali rəhbərinə inanır, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətə alternativ görmür.

Rüstəmov Bəhruz,
YAP- ın fəalı

Oxşar Xəbərlər

Back to top button