Analitika

Xankəndi Zəfəri

Qarabağda yaradılan problem milli dövlətçilik quruculuğu ilə az qala həmyaşıd idi. Bu məsələ Azərbaycanın regional və qlobal məsələlərdə daha fəal iştirakına mane olurdu. 100 il diqqət daxili problemə, separatçılığa qarşı mübarizəyə ayrılırdı. Dövlət büdcəsi, maliyyə, hərbi resurslar bu istiqamətə yönəlirdi. Bundan başqa, bir milyona yaxın azərbaycanlının öz ev-eşiyindən didərgin salınması ölkə iqtisadiyyatının, sosial və s. sahələrin inkişafına ciddi problemlər yaradırdı. Bir əsrdən artıqdır ki, Azərbaycan gəncləri, əsgəri, hərbçiləri Qarabağ və ətraf rayonların qanunsuz silahlılardan təmizlənməsi uğrunda mübarizə aparıb, şəhid, qazi olublar. Xankəndidə Azərbaycan bayrağının dalğalanması ərazi bütövlüyü, suverenlik, eyni zamanda tam müstəqillik uğrunda mübarizənin başa çatması kimi də dəyələndirilə bilər. Bu, Azərbaycanın 220 illik imperiya boyunduruğundan xilas olmasıdır.

Əslində, çoxsaylı itkilərə, əraziyə erməni etnik qrupu nümayəndələrinin yerləşdirilməsinə baxmayaraq, Azərbaycanda bir-birini əvəzləyən hakimiyyətlər onların normal yaşayışını təmin edib. Hətta ortaq ailələr belə yaranıb. Bu, azərbaycanlıların arada olan düşmənçiliyi keçmişdə saxladığının göstəricisi idi. Xankəndi Azərbaycanın aparıcı ali təhsil ocaqlarından birinə çevrilmişdi. O zamankı vilayətin erməni əhalisi Azərbaycanın başqa bölgələrinin sakinlərindən yaxşı yaşayırdılar. Çünki etnik azlıq olaraq onlara diqqət də artıq idi. Bir sözlə, bölgə sakinlərinin yaşayış səviyyəsi o vaxtkı sovetlərin qabaqcıl bölgələrinin yaşayışına bərabər səviyyədə idi.

Oktyabrın 15-i Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı və heç vaxt unudulmayacaq. Həmin gün Azərbaycan Respublikasının Dövlət Bayrağı Xankəndidə dalğalandı, şəhərin inzibati binasının üzərinə isə gerbimiz həkk edildi. Bu, həm də Qarabağ iqtisadi rayonuna vurulan Azərbaycanın dövlət möhürüdür. Eyni zamanda, milli dövlətçilik tarixində SSRİ-nin parçalanmasından sonra ərazi bütövlüyümüzün bərpası deməkdir.

Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldandan sonra etdiyi çıxışında bu məsələyə də toxunub: “Bütün bunlar o vaxt kolxozlarda, sovxozlarda işləyənlər üçün gəlir mənbəyi idi, insanlar burada yaxşı yaşayırdı. Heç bir ayrı-seçkilik, diskriminasiya olmamışdır. Bu sözlərimi təsdiq etmək üçün bir misal gətirə bilərəm, o vaxt Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitəsinin doqquz nəfərdən ibarət büro üzvü var idi. Onlardan səkkizi erməni, biri azərbaycanlı idi, o da Şuşa Şəhər Partiya Komitəsinin birinci katibi. Yaxşı, əgər ayrı-seçkilik var idisə, onda bax, gətirdiyim misal nəyi göstərir? Birinci katib erməni, icraiyyə komitəsinin sədri erməni, bütün digər vəzifəli şəxslər, burada heç bir ayrı-seçkilik yox idi”.

21.12.2023 tarixdə xalqımız tarixi hadisəyə şahidlik edir. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəliblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Dövlətimizin başçısı oyundan əvvəl stadionda çıxış etdi.

Sonra Ulu Öndər Heydər Əliyevin idmançılarla görüşləri, idmanla bağlı fikirləri barədə videoçarx nümayiş olundu.

Stadiona daxil olan dövlətimizin başçısı futbolçularla və oyunu idarə edən hakimlərlə görüşdü, onlarla xatirə şəkli çəkdirdi.

Prezident İlham Əliyevin topa rəmzi toxunuşundan sonra “Qarabağ”–MOİK görüşü başladı.

Maraqlı idman mübarizəsi şəraitində keçən görüş “Qarabağ” komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ”ın futbolçusu Nəriman Axundzadənin matçın əsas hissəsinə əlavə olunmuş vaxtın 5-ci dəqiqəsində vurduğu qol oyunun taleyini həll edib. Bununla da N.Axundzadə işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra keçirilən ilk futbol matçında fərqlənən hücumçu kimi tarixə düşüb.

Elçin Bəşirov,
Xəzər rayon Gənclər və idman sektorunun aparıcı məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button