Analitika

Xankəndəki hərbi parad həm Ermənistana, həm də onun havadarlarına növbəti mesaj oldu

Azərbaycan Respublikasının II Qarabağ savaşında zəfər çalması tarixi əhəmiyyət kəsb edir. Azərbaycana qarşı qərəzli mövqe tutan bəzi dünya dövlətləri Azərbaycanın hansı gücə malik olmasını bir daha görmüş oldu. Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş və döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşlar. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident cənab İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Cənab İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin cari ilin 8 noyabr tarixində Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad hamımızın, hər bir azərbaycanlının gözlədiyi an idi. Azərbaycanın dünyada qalib ölkə olduğunu bir daha təsdiqlədi. Xankəndəki hərbi parad həm Ermənistana, həm də onun havadarlarına növbəti mesaj oldu. İstər 44 günlük Vətən müharibəsində, istərsə də son genişmiqyaslı antiterror əməliyyatlarında Azərbaycan bütün Qarabağ üzərində suverenliyini və yurisdiksiyasını bərpa etdi. Bu, Azərbaycan tarixində böyük və şanlı hadisə kimi həkk olundu. 30 ildir ki, xalqımız bunu gözləyirdi. 8 noyabr 2023-cü il tarixində Xankəndidə Şuşanın, o cümlədən bütün Qarabağın azad edilməsi münasibəti ilə parad keçirildi. Zəfər Günü xalqımızın qürur, sevinc və qələbə günü olaraq qalacaq. Xalqımız daima bu günü təntənə ilə qeyd edəcək. Cənab Prezidentimiz və Ali Baş Komandamız İlham Əliyevin qətiyyəti və cəsarəti nəticəsində bu tarixli günləri qovuşduq.

Rzayeva Səba
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Back to top button