Xalqımızın taleyində müstəsna yeri olan Yeni Azərbaycan Partiyası dahi siyasi xadim və qüdrətli şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycanının ağır, çətin, hərc-mərclik baş verdiyi dövründə insanlar bir nicat, ümid yeri axtarırdılar. Çoxları bunu Naxçıvanda görürdü. Azərbaycanın xilası naminə, xalqın istəyi və tələbi ilə ölkədə Ulu Öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması mütləq idi. 91 nəfər Azərbaycan ziyalılarının xalqa müraciəti, müxtəlif qəzet və jurnallarda dərc edildi və xalqı “Yeni Azərbaycan Partiyası” ətrafında sıx birləşməyə çağırdılar. Azərbaycanda ilk yeganə partiya olan Yeni Azərbaycan Partiyası ətrafında bütün təbəqələrdən olan insanları birləşdirərək möhtəşəm bir partiyanın yaradılması həyata keçdi. Bu şəkildə Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında yeni partiyanın, yəni “Yeni Azərbaycan Partiyası” nın yaradılması ilə bağlı konsepsiya irəli sürdü. 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində “Yeni Azərbaycan Partiyası”ın təsis konfransı keçirildi. Beləliklə, Azərbaycanda yeni partiyanın yaradılması yekdilliklə bəyənildi. Bununla yanaşı Azərbaycanda Yeni Azərbaycan Partiyası yaradılaraq bütün varlığı, mənəviyyatı, fəaliyyəti ilə xalqına bağlı olan Heydər Əliyev partiyanın sədri seçildi. Dahi şəxsiyyət dövlət xadimi kimi Heydər Əliyevin Azərbaycandakı nüfuzunun, xalqın ona inamı və məhəbbətinin nə qədər böyük olduğunu bütün dünyaya nümayiş etdirdik. Heydər Əliyevin partiyanın YAP adlandırılması ilə bağlı belə deyirdi :”Partiyanın adı Yeni Azərbaycan Partiyası” dır. Bu təbiidir və zamanın tələbindən irəli gəlir. Azərbaycan yeni müstəqil dövlətdir. Bu mənada partiyamız da yenidir. O, hamının partiyasıdır. Nizamnamə və proqramımız ən demokratik prinsipləri güdür “. 1999-cu ildə keçirilən qurultayda YAP-ın ən mühüm amillərindən biri olan gəncləşdirmə siyasətini həyata keçirmək olmuşdur. Bu qurultayda Cənab İlham Əliyev partiyanın rəhbər strukturuna seçilmişdi. Ulu öndər tarixi müraciətinin sonunda xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı da göstərirdi: “Üzümü sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, eneryili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Leyla Fətəliyeva,
YAP-ın fəalı