
Məlum olduğu kimi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Qarabağ torpağı Xocalıda dəhşətli faciə baş vermişdir. İnsanlıq adına ləkə gətirən bu faciənin bütün məsuliyyəti Ermənistan Respublikasının boynuna düşür. Həmin gün 600-dən çox dinc, məsum insan qətlə yetirilmiş, 150-dən çox həmvətənimiz itkin düşmüşdür. Amansız erməni cinayətkarları, yəqin ki, həmin dinc, silahsız insanları da cinayətkarlardan qaçarkən qətlə yetirmişlər. Sonradan tapılan insan meyitlərinin qalıqları bunu bir daha sübut etmişdir. Bu ağır cinayəti dünyaya çatdırmaq üçün xalqımız əlindən gələni əsirgəməmişdir.
2 il əvvəl təməli Azərbaycan Respublikasının prezidenti İ.Əliyev tərəfindən qoyulmuş Xocalı Soyqırımı Memorialının 26 fevral 2026-cı ildə açılışı olmuşdur. Prezident bu dəhşətli faciəni xatırlatmış, qeyd etmişdir ki, Ermənistan dövlətinin bu cinayətinə göz yuma bilməzdik. Biz bir xalq olaraq birlikdə ermənilərin bu hərbi cinayətini dünyaya çatdırmaq üçün əlimizdən gələni əsirgəməmişik. Xüsusən H.Əliyev Fondu böyük işlər görmüş, kitablar çap etmiş, filmlər çəkmiş, broşürlər və bukletlər dərc etmişdir. L.Əliyevanın “Xocalıya ədalət” kompaniyasının özünəməxsus rolu olmuşdur. Əlbəttə, dünya ermənilərin bu faşist əməlləri nəinki gizlətmək, hətta bu faciənin bizim tərəfimizdən həyata keçirilməsini söyləyib bizi susdurmaq istəyidi. Lakin bu cəhdin də qarşəsənə ala bildik.
Dəfələrlə sülh danışıqlarındakı məsələlərin həllini tapmadığını görüncə, müzəffər ordumuzla ədalətli müharibə aparıb işğalçı erməni faşistlərini torpaqlarımızdan uzaqlaşdırmağı bacardıq. Bəli, ədaləti özümüz təmin etdik.
Tərəfimizdən istər 2020, istərsə də 2023-cü ildə aparılmış antiterror əməliyyatı nəticəsində bu işlərə başçılıq etmiş hərbi cinayətkarlar və separatçı qüvvələrin başçıları həbs olunub Azərbaycan məhkəməsinin qarşısına çıxarılmışdır. Artıq müharibə cinayətkarlarını özümüz mühakimə edirik. Bu gün onlar bəşəriyyət qarşısında cavab verəcəklər. Dinc insanları, məsum körpələri, yaşlı insanları gecə yarısı evinə girib qətlə yetirmiş faşistlərin cəzası müharibə qanunlrına görə müəyyən edilməlidir.
Bütün bunlar xalqımızın əyilməz iradəsi sayəsində baş vermişdir. Xalq olaraq inanırdıq ki, gün gələcək, Xocalı şəhəri də Qarabağın digər guşələri kimi, erməni işğalından azad olacaq. Biz də daha böyük işlərə imza atacağıq.
Qaraqurbanlı Fidan,
Bakı Slavyan Universitetinin professoru



