AnalitikaGündəmSiyasət

Xalqa xidmət hər kəsin borcudur

Prezidentin çıxışında əsas vurğulardan biri bu idi ki, vəzifə daşımaq imtiyaz deyil, xalqa xidmət borcudur. Dövlət başçısı bildirdi ki, hər bir məmur öz fəaliyyətində vətəndaşların rifahını, onların problemlərinin həllini və dövlətin maraqlarını hər şeydən üstün tutmalıdır.

Vətəndaş cəmiyyətinə əsaslanan, demokratik dəyərlərə istinad edən prioritetlərin qorunması bu məsələni tənzimləyən şəxslərin üzərinə daha böyük məsuliyyət qoyur. Dövlət başçısının 12 noyabr tarixli çıxışı yalnız kadr dəyişiklikləri ilə məhdudlaşmır. Bu çıxış dövlət idarəçiliyində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcını simvolizə edir. İndi əsas məqsəd, məmur-vətəndaş münasibətlərində xidmət mədəniyyətinin formalaşdırılması, yəni “vəzifə imtiyaz deyil, məsuliyyət” prinsipinin praktik reallığa çevrilməsidir.

Yeni təyin olunan icra başçılarına verilən göstərişlər həmçinin dövlət qulluğunda etik davranış, şəffaflıq və hesabatlılıq mədəniyyətinin gücləndirilməsinə xidmət edir. Beləliklə, Azərbaycan dövlət idarəçiliyində şəffaf və məsuliyyətli kadr siyasətinin davam etdirildiyini bir daha nümayiş etdirdi.

Fatimə Axundzadə,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button