X Qlobal Bakı Forumunun keçirilməsi də dünyada mövcud olan qlobal problemlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə X Qlobal Bakı Forumunun keçirilməsi də dünyada mövcud olan qlobal problemlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir. Qlobal Bakı Forumunun Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan ənənəvi platforma olduğunu vurğulayan Fatma Yıldırım deyib: “İndiyədək keçirilən forumlarda yüzlərlə nüfuzlu xarici qonaqlar təmsil olunub. Forumlarda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, dünyanın bir sıra tanınmış ictimai-siyasi xadimləri və dövlət rəsmiləri iştirak edirlər. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Bu dəfə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir”.“Forumun aktual mövzularından biri də dünyada, o cümlədən Avropada enerji təhlükəsizliyi məsələsidir. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Avropanın enerji xəritəsini neft və qaz boru kəmərlərinin inşası ilə dəyişib. İndi isə növbə yaşıl enerjini təmin edəcək elektrik xətlərinindir. Dövlətimizin başçısının dediyi kimi, IX Qlobal Bakı Forumundan indiyədək Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində Azərbaycanda günəş və külək enerjisindən 25 meqavat həcmində yaşıl enerji əldə olunacaq. Bu, gözəl nailiyyətdir, Azərbaycanı beynəlxalq yaşıl enerji bazarında vacib təchizatçıya və oyunçuya çevirəcək. Biz yaşıl hidrogeni ixrac etməyi planlaşdırırıq. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Xəzər dənizində bizim külək enerjisi potensialımızla bağlı yekun dəyərləndirməni başa çatdırıb və onun 157 qiqavat olduğunu təsbit edib. Yaşıl enerji bu gün qlobal problemə çevrilən iqlim böhranının da həllinə öz töhfəsini verə bilər. Çünki iqlim dəyişiklikləri ölkələrin iqtisadiyyatına, ətraf mühitinə və ekologiyasına ciddi ziyan vurur. Ona görə də, beynəlxalq ictimaiyyət bu qlobal problemin həlli üçün daim çağırışlar edir. Bu baxımdan Azərbaycanın həyata keçirdiyi siyasət, gerçəkləşdirdiyi tədbirlər təqdirəlayiqdir”
Könül İsayeva,
Nizami rayon 312 saylı məktəbin direktor müavini