X Qlobal Bakı Forumu
Azərbaycan indiyə qədər bir sira beynəlxalq konfranslara ev sahibliyi etmişdir. Bunlardan biri də X Qlobal Bakı Forumudur. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzində keçirilmişdir ki, bu da böyük şairimizin xatirəsinə və irsinə olan dərin hörmətlə bağlıdır. Nizami Gəncəvi Azərbaycanın qədim şəhərlərindən olan Gəncə şəhərində dünyaya göz açıb, yaşayıb, orada da vəfat edib. Onun müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir.
Tədbirdə 60 ölkədən 350 nəfər iştirak edirdi. Onların sırasında 50-dən artıq hazırkı və sabiq prezident, baş nazir vardı.
Prezident İlham Əliyev çıxışında Azərbaycan Qoşulmama Hərəkatında 2019-cu ildə öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə daha bir il 2023-cü ilədək uzadılmiş sədrliyini başa çatdıracağını vurğuladı. Azərbaycan Qoşulmama Hərəkatını canlandırmağa çalışdı. Bu məqsədlə biz beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil etdik. COVİD-19-dan sonrakı dövr məsələsinə diqqət yönəltdik. Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım etdik. Koronovirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə etdik.
Prezident öz çıxışında münaqişələrin həllinin iki cür olduğunu qeyd etdi: dinc yolla və qeyri-dinc yolla. Biz Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışırdıq. Baxmayaraq ki, işğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın və məcburi köçkünə çevrilmiş, qəhrəman oğullarımız şəhid olmuş, ərazilərimiz tapdaq altına düşmüşdü.
Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb, bir milyondan artıq azərbaycanlıya əzab – əziyyət verib, onları Qarabağdan – əzəli, əbədi torpaqlarımızdan sürgün salıb. Azərbaycan münaqişəni dinc yolla həll etməyə çalışsa da, Ermənistan BMT-nin Təhlükəsizlik şurasının qətnamələrinə məhəl qoymadı və beynəlxalq hüquqa, ictimaiyyətə hörmətsizik göstərdi.
1992-ci ildə münaqişə yarandıqdan sonra 28 il ərzində Minsk qrupu hər hansı nəticəyə nail ola bilmədi. Onlar bu münaqişəni daimi dondurmaq istəyirdilər.
Azərbaycan 44 günlük II Qarabağ müharibəsi dövründə öz ərazilərini düşmən işğalından azad etdi. Biz ermənilərdən fərqli olaraq hər hansı hərbi cinayət,soyqırımı törətmədik. Hal-hazırda 10 min kvadratmetrlərlə ölçülən və tamamilə dağıdılmış ərazilər yenidən bərpa olunur. Biz düşməndən qisasımızı döyüş meydanında aldıq.
2020-ci ilin noyabrında müharibə bitdikdən sonra biz sülh danışıqlarına başlamaq üçün beş məşhur prinsipi təqdim etdik. Azərbaycan sülhün tərəfdarıdır. Biz müharibə istəmirik.
Prezidentimiz öz çıxışında bildirdi ki, Azərbaycan çox millətli ölkədir. Azərbaycanda azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur.Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir.
Azərbaycan Avropaya öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artırıb. Qaz yataqlarımıza sərmayələrimizi artırmışıq.Cənub Qaz Dəhlizi istismara verildi. Ötən ilin iyunundan etibarən enerji təhlükəsizliyi məsələrində xeyli hadisələr baş verib. Avropa Komissiyaı Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Rusiya – Ukrayna müharibəsi başlayandan sonra biz qaz təchizatı ilə bağlı 10-dan artıq Avropa ölkəsindən müraciət almışıq.
Azərbaycan nefti, neft məhsullarını, elektrik enerjisini, təbii qazı Avropa bazarlarına ixrac edir. Azərbaycandan Avropaya dənizdən külək enerjisi stansiyalarından ötürmə xətti çəkiləcək. Həmin ötürmə xəttinin bir hissəsi Qara dənizin dibi ilə gedəcək.
Prezident qeyd etdi ki, Avropanın enerji xəritəsində mühüm dəyişiklik olacaq: “ Biz Avropanın enerji xəritəsini neft və boru kəmərlərinin inşası ilə artıq dəyişmişik, indi isə növbə yaşıl enerjini təmin edəcək elektrik xətlərinindir”.
IX Qlobal Bakı Forumundan indiyədək Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə imzalayıb. Bunun nəticəsində günəş və külək enerjisindən yaşıl enerji əldə olunacaq.
Azərbaycan ərazisindən keçən tranzitin həcmi də artıb. Xəzər dənizindən ən böyük donanma və regionda ən geniş yük aviaparklarından biri yaradılıb.
Prezident: “Dünyamızın daha dinc və təhlükəsiz olmasına töhfə verməyə çalışacağıq”.
Bir vətəndaş olaraq bizim hər birimiz bu şüara dəstək olmağa çalışmalıyıq.
Mahmudova Elnurə,
Xəzər rayonu, 149 nömrəli tam orta məktəbin müəllimi