
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanınictimai-siyasi həyatında mühüm tarixi hadisə olmaqla yanaşı, ölkəmizin qarşısında dayanan yeni vəzifələrinmüəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Qurultayın əhəmiyyəti yalnız Yeni Azərbaycan Partiyasınınnövbəti inkişaf mərhələsi ilə məhdudlaşmır. Buradasəsləndirilən fikirlər Azərbaycanın keçdiyi yolun siyasiqiymətləndirilməsi, əldə olunan tarixi nailiyyətlərinmahiyyətinin dərk edilməsi və qarşıdakı dövr üçün əsasprioritetlərin müəyyənləşdirilməsi baxımından mühümistiqamətlər ortaya qoyur.
Azərbaycan Respublikasının Prezidenti, Yeni AzərbaycanPartiyasının Sədri İlham Əliyevin qurultaydakı çıxışı bubaxımdan xüsusilə diqqətçəkəndir. Dövlət başçısının nitqindəAzərbaycanın müstəqilliyinin və dövlətçiliyininmöhkəmləndirilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizintam bərpası, hərbi qüdrətimizin artırılması, iqtisadi inkişaf, sosial rifah, Qarabağ və Şərqi Zəngəzurun bərpası, xaricisiyasət, ideoloji təhlükəsizlik və partiyanın gələcək fəaliyyəti iləbağlı mühüm mesajlar öz əksini tapıb.
Bu qurultayın ən mühüm xüsusiyyətlərindən biri ondan ibarətdirki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanınərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonrakeçirilən ilk qurultaydır. Bu faktın özü Azərbaycanın son onilliklər ərzində keçdiyi yolun necə böyük tarixi dəyişikliklərləmüşayiət olunduğunu göstərir.
Yeni Azərbaycan Partiyası yarandığı gündən Azərbaycandövlətçiliyinin qorunması və möhkəmləndirilməsi istiqamətindəmühüm siyasi missiya həyata keçirib. Bu mənada Prezidentİlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın bugünküuğurlarının başlanğıcında Yeni Azərbaycan Partiyasının təsisqurultayının dayandığını xüsusi qeyd etmək lazımdır.
Dövlətçiliyin xilası ilə başlayan siyasi yol
Yeni Azərbaycan Partiyasının yaradılması təsadüfi siyasi hadisədeyildi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan ağırsınaqlarla üz-üzə idi. Ermənistanın torpaqlarımıza qarşıtəcavüzü, ölkə daxilində siyasi böhran, hakimiyyət böhranı, vətəndaş qarşıdurması və dövlət müstəqilliyinin cidditəhlükələrlə üzləşməsi cəmiyyət qarşısında böyük suallardoğururdu.
Belə bir mürəkkəb tarixi şəraitdə xalqın böyük əksəriyyətininHeydər Əliyevin siyasi hakimiyyətə qayıdışını tələb etməsiəslində dövlətin xilası və Azərbaycanın gələcək inkişaf yolununmüəyyənləşdirilməsi tələbi idi.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışıölkənin parçalanmasının qarşısını aldı, dövlət idarəçiliyindəsabitlik yaratdı və Azərbaycanın müstəqil dövlət kimi gələcəkinkişafının möhkəm təməlini formalaşdırdı. Onun siyasiuzaqgörənliyi, qətiyyəti və dövlətçilik iradəsi Azərbaycanın ənmürəkkəb dövrlərindən birini geridə qoymasına imkan verdi.
Bu baxımdan Heydər Əliyevin siyasi irsi sadəcə keçmişinxatirəsi deyil. Bu irs bu gün də Azərbaycanın dövlət siyasətindəöz real əksini tapır. Prezident İlham Əliyevin çıxışında da xüsusivurğulandığı kimi, taktiki və müəyyən strateji məqsədlər zaman keçdikcə dəyişə bilər, lakin dövlətçilik xəttinin əsas istiqamətləridəyişməz olaraq qalır. Müstəqillik, dövlətçilik, iqtisadimüstəqillik, güclü hərbi potensial və milli imkanlardanmaksimum istifadə bu siyasi xəttin əsas dayaqlarıdır.
Tarixi Zəfərdən yeni inkişaf mərhələsinə
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasıölkəmizin müasir tarixində yeni səhifə açıb. Bu nailiyyət uzunillər ərzində həyata keçirilən məqsədyönlü siyasətin, güclüiqtisadiyyatın, qüdrətli ordunun və ən əsası, xalq-dövlətbirliyinin nəticəsidir.
Azərbaycan xalqının Vətən müharibəsi və sonrakı dövrdənümayiş etdirdiyi birlik bir daha göstərdi ki, milli məqsədətrafında səfərbər olunan xalq qarşısına qoyduğu tarixi vəzifəniyerinə yetirmək gücündədir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqıyumruq kimi birləşərək öz haqqını tələb edirdi və Azərbaycandövləti bu şərəfli missiyanı uğurla həyata keçirdi. Bu gün əldəetdiyimiz Zəfərin əsas siyasi və mənəvi dayaqlarından biri məhzbu birlikdir.
Bu gün Azərbaycanla Ermənistan arasında münaqişənin vəmüharibənin olmaması, sərhədlərdə sakitliyin hökm sürməsi dəyeni reallığın göstəricisidir. Lakin əldə olunan nəticələrarxayınlaşmaq üçün deyil, daha böyük məsuliyyətlə gələcəyəbaxmaq üçün əsasdır.
Güclü dövlət, güclü ordu və təhlükəsizlik
Azərbaycanın qarşısında dayanan əsas vəzifələrdən biri hərbigücünü daim artırmaqdır. Müasir dünyada təhlükəsizlikməsələləri heç bir dövlət üçün ikinci dərəcəli məsələ deyil. Azərbaycan da öz təhlükəsizliyini təmin etmək üçün hər zaman hazırlıqlı olmalıdır.
Bu, təkcə hərbi potensialın gücləndirilməsi demək deyil. Müasirdövrdə təhlükəsizlik anlayışı daha geniş məzmun kəsb edir. Fiziki təhlükəsizliklə yanaşı, informasiya, kibertəhlükəsizlik vəideoloji təhlükəsizlik də dövlətlərin qarşısında duran əsasməsələlər sırasındadır.
Xüsusilə internet və süni intellektin həyatımızın ayrılmazhissəsinə çevrildiyi bir dövrdə ideoloji təxribatların sərhədtanımaması ciddi məsuliyyət yaradır. Buna görə də Azərbaycancəmiyyətinin bu təsirlərdən qorunması yalnız dövlətqurumlarının deyil, bütün cəmiyyətin, xüsusilə gənc nəslin vəYeni Azərbaycan Partiyasının qarşısında mühüm vəzifə kimidayanır.
İdeoloji təhlükəsizliyin ən mühüm dayaqları isə təhsil vəvətənpərvərlikdir. Təhsilli, bilikli və dünyagörüşlü insan yalanvə manipulyasiyaları daha asan ayırd edə bilir. Dövlətinə vəmilli dəyərlərinə bağlı vətəndaş isə xaricdən yönələn ideolojitəsirlərə qarşı daha dayanıqlı olur.
Müasir ideoloji işə yeni yanaşma
Prezident İlham Əliyevin çıxışında Yeni AzərbaycanPartiyasının qarşısında duran mühüm vəzifələrdən biri dəideoloji fəaliyyətin müasir dövrün tələblərinə uyğunqurulmasıdır.
Bu gün ictimaiyyətə yalnız ənənəvi və formal tədbirlərlə təsirgöstərmək mümkün deyil. Yeni dövr yeni yanaşmalar, yeni kommunikasiya imkanları və daha çevik ideoloji fəaliyyət tələbedir.
Partiya fəallarının əsas vəzifələrindən biri Azərbaycanreallıqlarını cəmiyyətə düzgün, obyektiv və müasir formadaçatdırmaqdır. Ölkədə həyata keçirilən genişmiqyaslı quruculuqişləri, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa prosesi, sosial və iqtisadi inkişaf, Azərbaycanın beynəlxalq nüfuzununartması ictimai müzakirələrin əsas mövzularından birinəçevrilməlidir.
Burada əsas məsələ şablon ifadələri təkrarlamaq deyil, görülənişlərin mahiyyətini insanlara çatdırmaq, cəmiyyətdə sağlamdüşüncə və milli həmrəylik mühiti formalaşdırmaqdır.
Müasir informasiya məkanında Azərbaycan dilində müxtəlifresursların yaradılması, sosial şəbəkələrdə yayılan yalan vəmanipulyativ məlumatlar göstərir ki, ideoloji mübarizə artıq yeni müstəviyə keçib. Buna görə də informasiya məkanında fəallıq, peşəkarlıq və çeviklik xüsusi əhəmiyyət daşıyır.
Bu prosesdə Yeni Azərbaycan Partiyasının üzvləri yalnız siyasitəşkilatın nümayəndələri deyil, eyni zamanda ölkəninreallıqlarını cəmiyyətə çatdıran fəal vətəndaşlar kimi çıxışetməlidirlər.
Müstəqil xarici siyasət və artan beynəlxalq nüfuz
Azərbaycanın son illərdə əldə etdiyi ən mühüm nailiyyətlərdənbiri də müstəqil xarici siyasət kursunun ardıcıl şəkildə həyatakeçirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətlidərəcədə yüksəlməsidir.
Azərbaycan müxtəlif siyasi və iqtisadi mərkəzlərlə qarşılıqlıhörmət və milli maraqlar prinsipləri əsasında münasibətlərqurur. Bu siyasətin əsas mahiyyəti heç bir dövlətin daxili işlərəmüdaxilə etməsinə imkan verməmək, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etməkdir.
Ölkəmizin heç bir dövlətə qarşı ikili standartlardan çıxışetməməsi, siyasətdə emosiyalara deyil, milli maraqlaraəsaslanması Azərbaycanın xarici siyasətinin mühümxüsusiyyətlərindəndir.
Azərbaycanın müxtəlif beynəlxalq və regional formatlarda fəaliştirakı, yeni əməkdaşlıq imkanlarının yaranması ölkəmizinqlobal siyasi sistemdə artan rolunun göstəricisidir. Bu günAzərbaycanın enerji, nəqliyyat, təhlükəsizlik və digər sahələrdəmühüm tərəfdaşa çevrilməsi ölkəmizin geosiyasi əhəmiyyətinidaha da artırır.
Eyni zamanda Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsiistiqamətində də fəal və birləşdirici rol oynayır. Bu yanaşmaölkəmizin xarici siyasətinin yalnız milli maraqlara deyil, dahageniş regional əməkdaşlığa və qarşılıqlı anlaşmaya xidmətetdiyini göstərir.
İqtisadi müstəqillik dövlət müstəqilliyinin əsas dayaqlarındandır
Siyasi müstəqilliyin davamlı olması üçün iqtisadi müstəqillik dətəmin edilməlidir. Azərbaycan son illərdə məhz bu istiqamətdəmühüm nəticələr əldə edib.
Ölkəmizin xarici borcunun ümumi daxili məhsula nisbətinin 5,6 faiz səviyyəsinə düşməsi, valyuta ehtiyatlarının 90 milyarddollara çatması iqtisadi və maliyyə sabitliyinin mühümgöstəricilərindəndir.
İqtisadi imkanların genişlənməsi sosial siyasətin dəgücləndirilməsinə şərait yaradır. Qarşıdakı dövrdə minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılmasıilə bağlı gözləntilər dövlətin iqtisadi inkişafın nəticələrinibirbaşa vətəndaşların rifahına yönəltmək siyasətinin davamıkimi qiymətləndirilə bilər.
Azərbaycanın enerji sektorunda qazandığı mövqelər dəölkəmizin iqtisadi və geosiyasi əhəmiyyətini artırır. Eynizamanda nəqliyyat-logistika imkanlarının genişlənməsiAzərbaycanı regionun mühüm tranzit mərkəzlərindən birinəçevirir. Ölkə ərazisindən keçən tranzit yüklərin həcminin artmasıyeni investisiyalar, yeni iş yerləri və əlavə iqtisadi imkanlardeməkdir.
Beynəlxalq İnvestisiya Forumlarının nəticələri də Azərbaycanıninvestorlar üçün cəlbedici ölkəyə çevrildiyini göstərir. Cəmi ikiforum çərçivəsində imzalanmış investisiya müqavilələrininümumi həcminin 20 milyard dollardan çox olması ölkəmiziniqtisadi potensialına beynəlxalq marağın göstəricisidir.
Qarabağ və Şərqi Zəngəzur: Zəfərdən quruculuğa
Azərbaycanın qarşısında duran ən böyük və tarixi vəzifələrdənbiri işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburiköçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsidir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuqişləri aparılır. Artıq 96 min insan həmin ərazilərdə yaşayır, işləyir və təhsil alır. 48 yaşayış məntəqəsində keçmiş məcburiköçkünlərin məskunlaşdırılması həyata keçirilib. Bu göstəricilər“Böyük Qayıdış” proqramının real nəticələrini ortaya qoyur.
Bu ərazilərin inkişafına indiyədək 28 milyard manat vəsaitinayrılması dövlətin Qarabağ və Şərqi Zəngəzurun gələcəyinəverdiyi strateji əhəmiyyətin göstəricisidir.
Qarabağda görülən işlər sadəcə dağıdılmış şəhər və kəndlərinyenidən qurulması deyil. Burada yeni məktəblər, xəstəxanalar, yollar, yaşayış kompleksləri, istehsal və sosial obyektləryaradılır. Başqa sözlə, Zəfər yalnız hərbi nəticə kimi deyil, genişmiqyaslı quruculuq və inkişaf prosesi kimi davam etdirilir.
Yeni Azərbaycan Partiyasının qarşısında yeni məsuliyyət
VIII Qurultay Yeni Azərbaycan Partiyasının qarşısında yeni mərhələnin məsuliyyətini də müəyyənləşdirir.
Partiyanın qarşısında artıq fərqli çağırışlar dayanır. Ərazibütövlüyünün və suverenliyin bərpası ilə Azərbaycan tarixininmühüm mərhələsi başa çatıb. İndi əsas məqsəd əldə edilmişZəfəri dayanıqlı inkişaf, güclü dövlət, yüksək rifah və milli həmrəyliklə möhkəmləndirməkdir.
Yeni Azərbaycan Partiyasının fəalları və bütün üzvləri buprosesdə fəal iştirak etməlidirlər. Bunun üçün yalnız təşkilatifəaliyyət kifayət etmir. Müasir Azərbaycanı, onun inkişafını, qarşıda duran məqsədləri düzgün dərk etmək və cəmiyyətədoğru şəkildə çatdırmaq lazımdır.
Partiyanın gələcək fəaliyyəti daha çevik, daha müasir, dahayaradıcı və cəmiyyətlə daha sıx əlaqədə qurulmalıdır. Çünkisiyasi təşkilatın gücü yalnız üzvlərinin sayında deyil, cəmiyyətininkişafına verdiyi töhfədə, dövlətçilik ideyalarına bağlılığında vədəyişən dövrün çağırışlarına cavab vermək bacarığındadır.
Qarşıda bizi daha böyük hədəflər gözləyir
Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlərAzərbaycanın keçmişinə verilən qiymətlə yanaşı, gələcəyinədair aydın baxışın ifadəsidir.
Bu gün Azərbaycan öz taleyini özü müəyyən edən, iqtisadimüstəqilliyini təmin etmiş, güclü orduya malik, beynəlxalqaləmdə böyük hörmət qazanan və regionda mühüm geosiyasifaktor kimi çıxış edən dövlətdir.
Lakin əldə olunan uğurlar yolun sonu deyil. Qarşıda daha böyükhədəflər dayanır. Qarabağ və Şərqi Zəngəzurun tam bərpası, “Böyük Qayıdış”ın sürətləndirilməsi, iqtisadi inkişafın davametdirilməsi, sosial rifahın yüksəldilməsi, hərbi potensialıngücləndirilməsi, ideoloji təhlükəsizliyin qorunması vəAzərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi qarşıdakı dövrün əsas istiqamətlərindəndir.
Prezident İlham Əliyevin qurultayda ifadə etdiyi inam da məhzbundan ibarətdir: Yeni Azərbaycan Partiyasının fəalları və bütünüzvləri Azərbaycanın qarşısında duran tarixi vəzifələrin həyatakeçirilməsində fəal iştirak edəcəklər.
Bu gün YAP-ın qarşısında dayanan əsas məsələ yalnız keçmişnailiyyətləri qeyd etmək deyil, həmin nailiyyətlərdən güc alaraqgələcəyin Azərbaycanını qurmaqdır. Bu gələcək daha güclüdövlət, daha firavan cəmiyyət, daha təhlükəsiz ölkə vəbeynəlxalq aləmdə daha böyük nüfuz deməkdir.
VIII Qurultayın əsas mesajlarından biri də budur ki, Azərbaycanartıq özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələdə ən böyük gücümüz yenə də milli birlik, dövlətçilikiradəsi, xalq-iqtidar həmrəyliyi və qarşıya qoyulan məqsədlərəinamdır.
Yeni Azərbaycan Partiyası isə bu tarixi prosesin mühüm siyasidayaqlarından biri olaraq, qarşıdakı dövrdə də Azərbaycanıninkişafına və dövlətçilik xəttinin daha da möhkəmləndirilməsinəöz töhfəsini verməlidir.
Nərminə Qədirova,
YAP Nərimanov rayon təşkilatının məsləhətçisi



