Vətənə sadiqlik və ümummilli maraqlara sədaqət partiya üzvlərini səciyyələndirən əsas göstəricilərdir
Tam 31 il əvvəl, 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin Sədrliyi ilə keçirilən təsis konfransında YAP-ın yarandığı elan olundu. YAP yaranandan Azərbaycanın siyasi həyatında özünəməxsus rola malik olan bir təşkilat kimi qəbul edildi. Bunun da əsas səbəbi o idi ki, partiyanın başında Heydər Əliyev kimi Azərbaycan xalqının böyük hörmət və inam bəslədiyi dahi şəxsiyyət dayanırdı.YAP haqqında danışarkən, ilk növbədə, ümummilli liderimiz Heydər Əliyev yada düşür, ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri anılır və yüksək qiymətləndirilir.XX əsrin 90-cı illərinin əvvəllərindəki ictimai-siyasi vəziyyətin şərtləndirdiyi obyektiv zərurətdən yaranmış Yeni Azərbaycan Partiyasının 17 illik tarixi, əslində, müstəqil Azərbaycan dövlətinin tarixini əks etdirir. Bu partiya ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt əsasında Azərbaycanın inkişafına kömək edən mütəşəkkil siyasi təşkilatdır.Eyni zamanda, YAP-ın yaranması Heydər Əliyev fenomeninin bütün xalq tərəfindən birmənalı və qətiyyətli etirafı demək idi. Bu siyasi təşkilatın yaranması bir tərəfdən tarixi zərurət idisə, digər tərəfdən Heydər Əliyev müdrikliyinin, gücünün, şəxsiyyətinin qəbuludur.Müstəqil Azərbaycan dövlətinin başının üstünü almış təhlükələrin ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında aradan qaldırılmasında, xaos və özbaşınalığın birdəfəlik ləğv edilməsində, ictimai-siyasi sabitliyin bərqərar olmasında, bazar iqtisadiyyatı əsasında neft strategiyasının işlənib hazırlanmasında və reallaşdırılmasında partiya fəallarının xüsusi xidmətləri olmuşdur.Təsadüfi deyil ki, YAP yaranandan təxminən yarım il sonra Azərbaycanda insanların kütləvi şəkildə ölkəni Heydər Əliyevin xilas etməsi ilə bağlı istəkləri və tələbləri meydanda çıxdı. Nəticədə, Heydər Əliyev Azərbaycanın prezidenti seçildi.O zamandan bəri YAP Azərbaycanın siyasi həyatında nəinki aparıcı siyasi qüvvə, hakimiyyət partiyası olub, həm də ölkədəki ictimai-siyasi proseslərə bilavasitə təsir göstərən siyasi qüvvə kimi özünü təsdiq edib, bu gün də bu missiyasını yerinə yetirməkdədir.Etiraf etmək lazımdır ki, YAP-ın yaranması Azərbaycanın çox ağır dövrünə təsadüf edib. Heydər Əliyevə olan inam və etimad YAP-a da inam formalaşdırırdı. YAP yarandığı gündən bu xəbər ildırım sürəti ilə Azərbaycana yayıldı və qısa müddətdə Azərbaycanın bütün rayonlarında YAP-ın təşkilatlanması prosesi başladı.YAP qısa vaxtda həm kütləviliyi, həm ictimai-siyasi proseslərə ciddi təsir etməsi baxımından özünü ifadə edə bilən təşkilat oldu. YAP-a bəslənən ümidlər əsas etibarı ilə özünü doğruldub. Bu, təkcə ondan ibarət deyil ki, YAP özünü təsdiq etdi, hakimiyyət partiyası oldu və iqtidar partiyası olaraq qalmaqdadır.YAP daşıdığı yeni azərbaycançılıq ideyasını cəmiyyətdə təsbit edə bildi, Heydər Əliyevin müəyyənləşdirdiyi ideyalar və dəyərlər əsasında cəmiyyətdə həlledici rolunu ifadə edə bildi. Bu gün, sözün həqiqi mənasında, Azərbaycan yeni bir Azərbaycandır. Bu yeni Azərbaycanın formalaşması prosesinin başlanğıcında dayanan gerçəkliklərdən və tarixi həqiqətlərdən biri də YAP-ın yaranmasıdır.Son seçkilərdə namizədimiz İlham Əliyevin xalqın böyük hissəsinin səsini alaraq yenidən prezident seçilməsi bir yandan Heydər Əliyev ideyalarının, ikinci tərəfdən İlham Əliyevin özünün və həyata keçirdiyi siyasətin alternativsizliyinin göstəricisidir. Bu sözləri, bütövlükdə, YAP-a da şamil etmək olar.Çünki həm İlham Əliyevin namizədliyinin irəli sürülməsi YAP-ın qurultayında qəbul olunmuş bir qərar idi, həm də partiya İlham Əliyevin təbliğatında yaxından iştirak edib. Bütün bunlar partiyanın 17 illik tarixinin şərəfli və qürur hissi yaradan məqamlarıdır. YAP-ın ideyalarının əksəriyyəti bu gün gerçəkləşib. Amma bizim məqsədimiz odur ki, Azərbaycan daha da inkişaf etsin. Mən əminəm ki, YAP Azərbaycanda uzun illər Heydər Əliyev siyasətini təmin edən güc mərkəzi rolunu və missiyasını şərəf və ləyaqətlə həyata keçirəcəkdir. – Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı.Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq, təhlükəli böhran vəziyyətinə çatdırdılar.Ölkəni bürümüş dərin siyasi, iqtisadi və sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.Partiyanın yaranması ideyası təsadüfdən yaranmadı. Öncə partiya yaratmaq haqda fikir yox idi. Belə bir mövqe var idi ki, Heydər Əliyevə prezident seçkilərində iştirak etmək üçün dəstək verilsin.Belə olduqda, qərara gəlindi ki, xalqı təşkilatlandırmaq lazımdır. Tək-tək insanlar xalqı təşkil edə bilməzdi. Bu təşkilatçılıq işini ancaq Heydər Əliyevin partiyası təşkil eləyə bilərdi. Bu məqsədlə də partiyanın yaranması ideyası ortalığa atıldı.Müxtəlif nümayəndə heyətləri Heydər Əliyevin yanına getdi, müzakirələr aparıldı. Ulu öndər özü də bildirirdi ki, O, nəinki partiya yaratmaq, heç partiya üzvü olmaq da istəmir. O, 1991-ci ildən ərizə yazıb Kommunist Partiyasından çıxmışdı.O zaman çox ağır durum yaranmışdı. Ölkə çoxsaylı problemlərlə üz üzə qalmışdı. Bütün sahələrdə böhran başlamışdı və Azərbaycanın dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi var idi. Bunları nəzərə alan Heydər Əliyev partiya yaradılmasına qol qoydu.Heydər Əliyevdən əvvəlki prezidentlərin adamları, qarşılarına liderlərinin prezident seçilməsini qoymuşdular və cidd-cəhdlə buna çalışırdılar. Lakin bu, baş tutmadı və Ulu öndər xalqın tələbi ilə hakimiyyətə gəldi.
Sübhan Ərəbi,
YAP-ın fəalı