Analitika

Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini rəsmiləşdirən üçtərəfli Bəyanat uzun illər davam edən işğala son qoydu

“10 Noyabr üçtərəfli Bbəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası olmuşdur. Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində imzalanan Bəyanat Azərbaycanın maraqlarına tam uyğun hazırlanmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, üçtərəfli Bəyanatın imzalanması ümumxalq birliyinin təntənəsi idi. Bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə həmin günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlara sevinib. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Həmrəylik bizim böyük sərvətimizdir, böyük dəyərimizdir. Bir sözlə, Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini rəsmiləşdirən Bəyanat uzun illər davam edən işğala son qoydu.

Onun sözlərinə görə, 10 Noyabr Bəyanatı Azərbaycan Ordusunun apardığı uğurlu hərbi əməliyyatların məntiqi davamı idi, bu sənəd postmünaqişə dövründə hərbi gücün yaratdığı diktənin diplomatiyaya keçidinə zəminlər yaradan strategiyanın başlanğıcı idi. Bu Bəyanatı Ermənistanın özü haqqında yaratdığı mifi darmadağın etdi, bundan sonra Ermənistanda ictimai-siyasi, intellektual böhran dərinləşərək uçuruma yuvarlandı.

Oxşar Xəbərlər

Back to top button