AnalitikaGündəmSiyasət

Vahid geyim məktəb mühitində nizam-intizamın qorunmasına da müsbət təsir göstərir

Məktəbli geyiminin vahid standartlar əsasında müəyyən edilməsi təhsilalanlarda məktəbə məxsusluq hissini gücləndirir. Şagird məktəbli geyimini geyinməklə özünün müəyyən qayda və öhdəlikləri olan təhsil kollektivinin üzvü olduğunu dərk edir. Bu yanaşma uşaqlarda məsuliyyət, səliqəlilik və ümumi qaydalara hörmət kimi keyfiyyətlərin formalaşmasına kömək edir.

Şagirdlərin geyimlə bağlı ümumi tələblərə əməl etməsi təhsil müəssisəsinin daxili qaydalarına münasibətdə məsuliyyətli davranışın inkişafına şərait yaradır. Bununla belə, geyim qaydalarının məqsədi yalnız xarici görünüşə nəzarət etmək deyil, məktəbdə təhsil və tərbiyə prosesinin keyfiyyətini yüksəltmək olmalıdır.

Məktəb mədəniyyəti gündəlik davranışlardan, müəllim və şagird münasibətlərindən, təhsil müəssisəsinin ənənələrindən və ümumi etik normalardan formalaşır. Səliqəli geyim həmin mədəniyyətin görünən elementlərindən biridir. Lakin məktəbin nüfuzunu yalnız geyimlə ölçmək düzgün olmazdı. Əsl məktəb mədəniyyəti yüksək tədris keyfiyyəti, müəllimlərin peşəkarlığı, şagirdlərin davranışı, valideynlərlə əməkdaşlıq və sağlam mənəvi mühitin vəhdətindən yaranır.

Elçin İbrahimov,
YAP Şabran rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button