Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır
1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Prezident seçdi. Bununla da bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın azadlıq və istiqlaliyyət sevdasının təməli güclənmiş oldu. Ulu öndər Heydər Əliyevin prezident seçkilərində böyük səs çoxluğu ilə qalib olması xalqın sevgi və inamının nəticəsi idi.
O tarixi an 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, enerji-kommunikasiya sahəsində islahatların təməlini qoymuş oldu. Xüsusi ilə qeyd etmək lazımdır ki, məhz bu günləkü Azərbaycan 1993 cü ildən bizə miras qalan böyük and içmənin nəticəsidir. Bu taleyükü qəbul edərək son nəfəsinə qədər mübarizə aparan dahi rəhbər Heydər Əliyev böyük dühası və qüdrəti ilə əmanəti İlham Əliyev cənablarına ötürmüşdür.
Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Məhz bu uzaqgörənlikdir ki, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Ancaq ümumi milli liderin gəlişivə xilaskar yanaşma siyasəti dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amilləri radan qaldırmış oldu. Budur Heydər Əliyev siyasətinin qələbəsi və xalqla vəhdəti və xalqa, bağlılığıdər. Həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar məmurların vəzifədə olması və ölkəni çapıb talan etməsi idi. 1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan ziyalılar Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişdilər. 1993-cü il iyunun 9-da Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xalqımızın xilası və dövlətimizin nicatı oldu.
Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Bu sevgi və hörmət nısildən- nəsilə keçərək bütün zamanlarda digər nəsillərə ötürələcəkdir. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Bu mübarizə onun yaşamı dönəmində daim onun prioritet siyasi ideyası oldu. Elə odur ki, məhz həmin siyasi ideyadır ki, ali baş komandan İlham Əliyev uğurla davam edir. Xüsusi ilə qeyd etmək lazımdır ki, Ümummilli lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. Bu gün məhz həmin qüdrətli Azərbaycan ulu öndərin şah əsəridir.
Ulu öndər dühası, ulu öndər siyasəti, onun xalqa yanaşması və dövlətçilik idarəçiliyi tarixin şərəfli səhifələrindən süzülüb gələcəyə addımlayan ilahi bir qüdrət simvoludur. Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, qüdrət sahibi, siyasi iradənin ən bariz nümunəsi və xalqın azadlığı və bütövlüyü uğrunda layiqli çalışan bir lider, xadimdor. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. Bütün dünya məhz Ulu öndər Heydər Əliyev siyasətinin analiz etmək üçün müxtəlif yönümdə tədqiqat aparır və araşdırmalar həyata keçirirlər.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrilmişdir. Məhz azərbaycançılıq ideyası təhsildə, səhiyyədə, mədəniyyətdə, orduda və digər dövlət sahələrində əsas ideya mənbəyi olmuşdur.
Ulu Öndər Heydər Əliyevin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi. Onun nitqi dərin və konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Onun ilahi qüdrəti ilə məftun edici nitqi və səsi xalqımızın azadlıq və istiqlaliyyət yolunda bir işıqlı mayaqdır.
Cavid Cəfərzadə,
Xəzər rayonu, 206 nömrəli tam orta məktəbin direktoru