Analitika

Ulu öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində kiçik bir ölkə olan Azərbaycan qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi

Heydər Əliyev  parlamentin  sədri kimi  Azərbaycanın strateji maraqları  əsasında ölkənin yeni xarici siyasət  konsepsiyasını, onun beynəlxalq  münasibətlər sistemində yerini müəyyənləşdirdi. İlk növbədə AXC  hakimiyyətinin  bu sahədə buraxdığı  kobud səhvlər tezliklə aradan  qaldırıldı. Ali Sovetin  sədri   mədəniyyətin,  elmin və təhsilin  inkişafına da böyük diqqət yetirir,  alimlərlə, gənclərlə görüşlər  keçirir, onlarla  ölkənin gələcəyi barədə fikirlərini bölüşürdü. Parlamentin sədri  vəzifəsində fəaliyyət  göstərən Heydər Əliyev qanunun  aliliyi, azad  vətəndaş  cəmiyyəti   prinsiplərinin  bərqərar olması zəruriliyini dəfələrlə vurğulayırdı: “Azərbaycan Respublikası  demokratik  yolla  getməlidir, Azərbaycanda  həqiqi demokratiya prinsipləri yaranmalıdır, inkişaf etməlidir, Azərbaycanda siyasi  plüralizmə  imkan  yaradılmalıdır.  Azərbaycan çoxpartiyalı bir cəmiyyət  kimi  yaranmalıdır, partiyaların  fəaliyyətinə  şərait  yaradılmalıdır, Azərbaycan  bazar iqtisadiyyatı  yolu ilə, sərbəst  iqtisadiyyat  yolu ilə getməlidir.  Azərbaycanda milli həmrəylik, insanlar, siyasi partiyalar,  qurumlar  arasında  sülh və sağlam  rəqabət əhval-ruhiyyəsi  yaranmalıdır.” Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Azərbaycan Respublikası Ali Sovetinin Sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi.  Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə  aldı. Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. Cəmi 4 ay  Ali Sovetin sədri  vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa müddətdə parlamentin  ruhunu kökündən  dəyişdi, Milli Məclisə  siyasi mədəniyyət  gətirdi. Onun iclası  aparmaq tərzi, fikirlərini  dəqiq əsaslandırması, çıxışların  məğzini tutmaq bacarığı, qiymətli  fikirləri  ümumiləşdirmək qabiliyyəti  özlüyündə  parlamentin üzvləri  üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi.

Mübaliğəsiz  demək olar ki, Heydər Əliyevin Ali Sovetin sədri  vəzifəsində  çalışdığı  qısa zaman  kəsiyində Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının  təməli qoyuldu.  Heç  də  təsadüfi  deyildir ki, 1993-cü il 3 oktyabr  prezident  seçkilərində seçicilərin 98,8 faizi  Heydər Əliyevə  səs  verərək ölkənin taleyini bu görkəmli dövlət xadiminə  həvalə  etmək niyyətində  olduqlarını bütün  dünyaya  nümayiş etdirdilər. Azərbaycanın iqtisadi inkişafı demokratikləşmə prosesi ilə sıx bağlıdır. İqtisadi və siyasi islahatların paralel şəkildə aparılması hərtərəfli inkişafı təmin edir.  Ulu Öndər hər zaman demokratik düşüncə və dəyərlərə öz sadiqliyini nümayiş etdirmişdir. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır» söyləyən ümummilli lider Heydər Əliyev 1993-cü ildən başlayaraq bu amallar uğrunda mübarizə aparmışdır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsi qəbul olundu. 

Səba Rzayeva,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Back to top button