Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti
Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcəyi adlandırdığı gənc nəslə daim qayğı göstərmişdir. Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə H.Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ulu Öndərin gənclərlərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal fəaliyyəti üçün şərait yaratmışdır. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra öz ənənəsinə sadiq qalaraq xarici ölkələrə tələbələr göndərməyə davam etmişdir. 2003-ci ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Heydər Əliyev təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard vəsait ayırmışdı.O, gənclərin təhsilə marağını artırmaq üçün qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara ”Prezident təqaüdü”nün verilməsi barədə qərar vermişdir. Ümummilli liderin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. Azərbaycan Gənclərinin 1-ci Forumunda H.Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur:”Hər bir Azərbaycan gənci hər şeydən çox ,hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
Bu görülən tədbirlərin davamı olaraq 1996-cı il 22 iyun tarixində imzalanmış ”Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmana əsasən Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edilmiş, Ulu Öndər tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycan Gəncləri Günü elan edilmişdir. 1999-cu il iyulun 29-da imzalanmış “Dövlət gənclər siyasəti haqqında” Fərmanla Azərbaycanda dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmiş, Gənclər və İdman nazirliyinin nəzdində gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradılmışdır.
Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri də gənclərin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsidir. O, qeyd edirdi ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir,dönməzdir,sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.
Prezident İlham Əliyev Ulu Öndərin siyasi xəttini davam etdirərək, gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirlər həyata keçirir. Görülən tədbirlər gənc nəslin ictimai-siyasi həyatdaki rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. 2007-ci ilin “Gənclər ili” elan olunması gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da artmasına səbəb olmuşdur.
Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın ,həmçinin “2019-2023-cü illər üçün Azərbaycan respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən çox Azərbaycan gəncinin dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədi ilə ümumilikdə 3558 təqaüd verilmiş və bu məqsədlə 200 milyon manat vəsait xərclənmişdir.
Görülən tədbirlərin davamı olaraq Prezidentin təşəbbüsü ilə 1911-ci il 19 dekabrda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmış, 43 ölkənin təmsil olunduğu 37-ci Avroviziya Mahnı Müsabiqəsi Bakıda keçirilmiş, 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis edilmişdir.
Ölkə gənclərinin hərtərəfli inkişafına yüksək səviyyədə diqqət və qayğı göstərən İlham Əliyev intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi,dəstəklənməsi və ölkədə kadr ehtiyyatı bankının yaradılması məqsədilə 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis etmişdir.Respublikanın 55 şəhər və rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyət göstərir.
Prezidentin 2020-ci ili “Könüllülər ili” elan etməsi Könüllülər hərəkatının cəmiyyətin inkişafında xüsusi əhəmiyyətinin olmasının göstəricisidir.
Vətən müharibəsi zamanı da gənclərimizin rolu danılmazdır. Bu Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin nəticəsi idi. Vətən uğrunda canını sipər edənlərin əksəriyyəti gənclər idi. Azərbaycan xalqı Vətən müharibəsində iştirak etmiş hər bir gəncinə minnətdardır. Bu dövrdə bizim xarici ölkələrdə yaşayan gənclərimiz informasiya müharibəsində də çox fəal oldular. Bu gün cəmiyyətimizin əsas hissəsini təşkil edən gənclər ölkəmizin həyatında mühüm rol oynayır. İlham Əliyevin böyük dəstəyi əsasında Azərbaycan özünü dünyada idman dövləti kimi təsdiqləyib. Bakıda keçirilmiş Birinci Avropa Oyunları buna nümunədir.
Azərbaycançılıq məfkurəsinin, dövlətçilik ənənələrinin və dövlət rəmzlərinin gənclər arasında geniş təbliğinə xidmət edən müxtəlif tədbirlərin keçirilməsi gənclərin vətənpərvərlik ruhunda formalaşdırılması və onların sosiallaşmasında mühüm əhəmiyyətə malikdir.
Gənc nəslin inkişafında Heydər Əliyev Fondunun rolu da danılmazdır. Fond təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr həyata keçirir, gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına yardım edir, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir.
Dövlət başçısı İlham Əliyev tərəfindən gənclərin rifahına xidmət edən “Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009), ”Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” (2006-2010-cu illər), ”Azərbaycan gəncliyi 2011-2015-ci illərdə ”Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası“, Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” kimi sənədlər təsdiq edilmişdir.
Əhədova Rəna,
Xəzər rayonu, 256 №li məktəbin müəllimi