Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb
Bir necə gün şəhərimizdə, ölkəmizdə qonaq olan Çin nümayəndə heyəti və televiziya jurnalisti xalqımız, ölkəmiz haqqında məmnunluqla məlumat vermiş və Prezident İlham Əliyevə şəhərimiz, ölkəmiz haqında xoş sözlər demişdir. Çıxışda Ulu Öndərin ruhuna sayğı bildirildi və bütün sahələrdə onun quruculuğunun şahidi olmaları vurğulandı.
Prezident jurnalisti hərarətlə salamladı. Ölkəmiz haqqinda maraqlı vacib məlumatları şərh etdi. Qeyd olundu ki, ”Bakı kimi tarixi şəhərdə ilk məqsəd tarixi memarlıq abidələrini qorumaqdır. Ulu Öndər Azərbaycanı yenidən quran,xaos və vətəndaş qarşıdurmasının qarşısını alan 90-cı illərdə iqtisadi tənəzzülün qarşısını alan dövlətçiliyi qoruyub onu inkişaf yoluna qoyan şəxsdir. 30 il müddətində dünya xeyli dəyişib. Amma bizim məqsədlərimiz dəyişməyib. Dövlətçiliyimizi möhkəmləndirmək, milli maraqlarımızı qoruyaraq fəal xarici siyasət aparmaq eyni zamanda iqtisadi, siyasi inkişafa nail olmaq. Ulu Öndərin Çinə səfərləri hər iki dövlət və xalq arasinda hərtərəfli əlaqələrin yaranmasının təməlini qoydu. O vaxtlar Azərbaycan dünyada hələ tanınmırdı. Amma indi 30 ildən sonra isə qarşılıqlı əməkdaşlığın gündəliyi daha genişdir. Bu əlaqələr qarşılıqlı hörmət və dostluq üzərində qurulub. Ulu Öndər hələ SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini işləyərkən Çin dövlətinin nümayəndələri ilə coxsaylı görüşlər keçirmiş və bu dövlətin tarixi dövrləri və keçdiyi yol haqqında məlumatı idi. Ulu Öndər həmişə cəmiyyətin nəbzini tutmağa çalışırdı. İnsanların rifah halinin yaxşılaşdırılması, hansı problemlərlə üzləşdiyini hansı arzulara malik olduğunu öyrənməyə çalışırdı.
Azərbaycan cəmiyyəti ənənəvi dəyərlər, ailə dəyərləri üzərində qurulub. 30 il keçməsinə baxmayaraq, dünyanın qloballaşmasına baxmayaraq bu ənənələr bizdə qorunur. Hələ 1990-cı il 20 yanvarda Sovet qoşunları Azərbaycana hücum edib əhalini qətlə yetirəndə bu təcavüz aktina ilk səs verən məhz o zaman Moskvada yaşayan Ulu Öndər olmuşdur. Ulu Öndər üçün xalqın maraqları, milli qürur və ədalət şəxsi mənafelərdən üstün olub. Çox keçmədi ki, Ulu Öndər sovet hökumətinin antiazərbaycan mövqeyini kəskin tənqid edərək komunist partiyasını tərk etdi. Bu o zaman üçün də cəsarət və qorxmazlıq tələb edirdi. Nəhayət çətin bir dövrdə Ulu Öndər 1993-cü ildə Azərbaycana rəhbırliyi öz üzərinə götürdü. Bu gün iqtisadi, siyasi, nəqliyyat marşrutları xəritəsinə nəzər salsaq görərik ki ölkələrimiz eyni mövqedən çıxış edir. Biz qarşılıqlı ticarətin artımını görürük.Bu əlaqələr il ildən daha da güclənir .Bu regional təhlükəsizliyə və sabitliyə töhvə olacaq.Əlaqələrin ikitərəfli inkişafnda yekdil siyasətimiz var.Dünyada Çinin dostlarının sayı ildən iə artır. COVİD-19 pandemiyası başlananda ilk vaxtlar vəziyyət çətin idi. Vaksin yox idi. Bu çətin zamanda ölkəmizə kömək edən yeganə ölkə Çin olmuşdir. Azərbaycan coğrafi üstünlüklərə malikdir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir. Nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başlanıb.
Hazirda dəmir yollarnı müasirləşdiririk ki sürət artsın. Bizim dəniz ticarət limanımız bir neçə il əvvəl açıldı. Onun imkanlarını hazırda 25 milyon tona qədər çatdırırıq. Gəmiqayırma zavodunun genişləndirilməyi nəzərdə tutulur, ildə 6-8 deyil, 10-20 gəmi inşa ediləcək. Cari ay açılmış və artıq fəaliyyətə başlamış Ələt Azad İqtisadi Zonamızda istehsalatla məşğul olmaq, həmçinin Çin şirkətləri üçün cəlbedici ola bilər.
Hazırda multikulturalizmin Azərbaycan modeli formalaşıb. Cünki tarixən Azərbaycan bütün hallarda milli, dini, etnik dözümlülük nümayiş etdirən ölkə olmuşdur. Azərbaycanda bütün milli və etnik qruplar bir ailə kimi yaşayir və bu bizim böyük sərvətimizdir.
Birləşmiş Ştatlarda, Fransada, bəzi avrioa öklələrində erməni lobbisi byük infrastruktura malikdir. Bu qüvvələr zaman etibarı ilə Azərbaycana qarşı təxribatlar törədir, azərbaycanafobiya mühiti yaradırlar. Biz müstəqil davranırıq. Və siyasətimiz müstəqildir. Buna görə bir çox hallarda dırnaqarası QHT-lərin hücumuna məruz qalırıq.
Hazırda Fransa Ermənistann ən bpyük vəkiinə çevrilib. Biz tez-tez bu ölkənin rəsmilərinin əsassız hücumları ilə üzləşirik. Biz həmişə Çinin ərazi bütövlüyünü Çinin birəşməsini dəstəkləmişik. Hazırda ölkəmiz sülh müqviləsi bağlamaq ərəfəsindədir. Bu baxımdan beş beynəlxalq təməl prinsip hazırlanıb. Bu məsələ ilə bağlı danışıqlar gedir və iyulda bu danışıqlar davam edəcək. Biz istəyirik ki, qarşı tərəf Qarabağı Azərbaycan ərazisi kimi tanısın. Bu Sülh müqaviləsi böyük geosiyasi amilə çevrilə bilər və uzunmüddətli qarşıdurmaya son qoyular, bütün kommunikasiyalar açılar.
Bizim aramızda hec bir dini, etnik zəmində problemimiz olmayıb. Azərbaycanda yaşayan erməni azlığın hüquqları Azərbaycan konstitusiyası əsasında qorunacaq. Qarabağ bölgəsində yaşaya ermənilər də Azərbaycan vətəndaşı qədər hüquq və azadlıqlara malik olacaqlar.
İşğal dövründə idman sahəsində qələbələrimiz bir növ Birinci Qarabag müharibəsində məğlubiyyətin kompensasiyası oldu. Qalib gələn idmançılarımızı görəndə, bayrağımızın daığalandığını görəndə qürur hissi keçirirdik. 2015-ci il ilk Avropa oyunlarınin keçirilməsi Azərbaycanı Avropaya açdı. Daha sonra İslam Həmrəyliyi Oyunları keçirildi. Formula-1 yarışları artıq 7 dəfədir keçirilir. Bütün bunlar və digər yarışlar Azərbaycanı tanıtmaqla bərabər turizmin inkişafına da böyük töhvə vermişdir.
Əliyev Elçin,
Xəzər rayonu, 26 № li tam orta məktəbin müəllimi