Analitika

Uğurlu siyasət : yeni infrastruktur layihələr dinamik inkişafın göstərəcisidir

Son illər ərzində ölkəmizin inkişafının  önəmli perspektivlərindən biri infrasturktur layihələrinin həyata keçirdilməsidir. Bu infrastruktur layihələrindən biri olan Şirvan suvarma kanalaının yenidən inşa edilməsi xüsusi əhəmiyyət kəsb edir. Həyata keçirilən bu tip proseslərin əsas məqsədi insanların rifahının yaxşılaşdırılması, bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaradılması deməkdir.Ölkəmizin 10 rayonunu su ilə təmin edən Şirvan su kanalının inşasından sonrakı müddətdə təsərrüfat sahələrinin sayında artım müşahidə edilməsi gözlənilir. Bu da ölkəmizin daxili və xarici bazar iqtisadiyyatının yüksələn xətlə inkişaf etməsinə müsbət təsir göstərən amildir.

Şirvan su kanalının böyük strateji əhəmiyyəti elə məhz bundan ibarətdir – Şirvan və Qarabağ kanallarının ən böyük suvarma kanalları olduğu üçün bu layihə xüsusi diqqət və əhəmiyyət kəsb edir. Qəbul edilmiş proqrama əsasən, ölkəmizdə 10-a yaxın suvarma kanalının tikilməsi planlaşdırılır. Bu da təxmini hesablamalara görə 500 min hektardan çox torpağın su ilə təmin edilməsi deməkdir. Yeni kanallar vasitəsilə onu da görmək olar ki, bu suvarma sahəsi sayı rekord rəqəmdir.

Ümumi planda nəzər yetirsək müşahidə etmək mümkündür ki, kanalının inşası 10 rayonun su ilə təmin olunmasından əlavə Qarabağda suvarma sistemlərinin inkişafının müjdəçisidir. 115 min hektar ərazini əhatə etməsi nəzərdə tutulan kanalın inşası 9 rayonun yerli məntəqələrində yeni kanalın əhəmiyyətini sübut edəcək.

Qarabağ və Şərqi Zəngəzur ərazisində mövcud olan su resursları ölkəmizin ümumi su resurslarının 25%-ni təşkil edir, bu resursların da xüsusi əhəmiyyəti bunlar daxil mənbələr hesabına formalaşır.

Artıq başlamış Qarabağa böyük qayıdış prosesi nəticəsində bu gün Qarabağ sakinləri suvarma sistemlərindən və imkanlardan istifadə edirlər. Eyni zamanda, ən müasir texnologiyaların tətbiqi ilə təsərrüfat sahələrinin inkişaf etməsi geniş vüsət olacaq. Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın ən gözəl yerlərindən biri olduğunu nəzərə alsaq görərik ki, su resurslarının mövcudluğu həm bitkçilik, həm heyvandarlıq üçün böyük imkanlar yaradır.

Bütöv Azərbaycanın memarı, ölkə başçısı cənab İlham Əliyevin rəhbəriliyi altında həyata keçirilən bu infrasturuktur siyasəti bizim xalqımıza – Azərbaycan cəmiyyətinə xidmət edir. Rifah səviyyəsinin yaxşılaşdırılması, ölkənin təbiətinin birbaşa mühafizə edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi keçirilən layihələrinin uğurlu olmasının bariz sübutudur.

Bundan sonrakı dövrdə müstəqil Azərbaycanda təsərrüfat sahəsinin də digər sahələr kimi daha böyük inkişaf mərhələsinə adlayacağı artıq heç bir şübhə doğurmur. Qalib xalq bu inkişaf mərhləsində yaşamağa layiqdir, bundan sonra daha da böyük uğurlar və gələcəklə bu inkişafı yaşayacaq və hiss edəcəkdir.

Hüseynov Əli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının fəal gənci.

Oxşar Xəbərlər

Back to top button