Gündəmİdman

UEFA Çempionlar Liqası: “Fənərbağça”nın rəqibi müəyyənləşib

Türkiyənin “Fənərbağça” komandasının UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Aktualinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi bu raundda Niderlandın “Feyenoord” klubu ilə qarşılaşacaq.

Bu mərhələnin ilk oyunu avqustun 5-6-da səfərdə, cavab görüşü isə avqustun 12-də İstanbulda keçiriləcək.

“Fənərbağça” rəqibini məğlub edəcəyi halda, turnirin play-off mərhələsinə yüksələcək. “Sarı-lacivərdlilər” bu mərhələni keçə bilməsə, mübarizəni UEFA Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.

Oxşar Xəbərlər

Back to top button