Analitika

Üçüncü dəfədir ki, Azərbaycan xalqı Novruz bayramını artıq doğma Qarabağda qeyd edir

Otuz il bundan öncə işğal altında olan torpaqlarımızda artıq zəfər günəşi doğmuşdur. Tarixi Zəfərimizdən sonra üçüncü dəfədir ki, işğaldan azad olunmuş torpaqlarımızda bayram tonqalı yanır. Vaxtı ilə Prezident İlham Əliyev keçmiş məcburi köçkünlərə hər dəfə bayram günlərində deyirdi ki, İnşallah, az qalıb darıxmayın, gələn il azad olunmuş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik. Artıq həmin an gəlib çatmışdır. Novruz bayramını doğma Qarabağımızda əminliklə keçirə bilərik.

Sevindirici haldır ki, Novruz bayramı işğaldan azad olunmuş rayonlarda da qeyd olunur. Bu, Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri idi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik.Əminəm ki, belədə olacaqdır.Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla istəyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.”

Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə hər il Novruz bayramında el şənliklərində iştirak edən Ulu Öndər Heydər Əliyev xalqımızın milli bayramına böyük önəm verirdi. Novruz bayramının mahiyyətini izah edən dəyərli fikirlər söyləyirdi. Eyni zamanda bildirmişdi ki, böyük mənəvi gücə malik olan “Novruz bayramı” ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigardı. Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır.

Artıq Cənab Prezident həm Ümummilli Lider Heydər Əliyevin arzularını, həm də öz vədini reallaşdırdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfər sayəsində hazırda Novruz bayramının xalqımıza Qarabağda qeyd olunması nəsib oldu.

Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində olanda demişdir. “Bu gün mən Novruz tonqalını burada – Suqovuşanda qaladım, qədim Azərbaycan diyarı olan Suqovuşanda. Keçən il isə Novruz bayramını mən Şuşa şəhərində, hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etmişdim və Azərbaycan xalqına müraciət etmişdim. Şadam və xoşbəxtəm ki, gözəl adət-ənənəmiz olan Novruz bayramını burada, doğma Qarabağ diyarında qeyd edirik”. Həqiqətən, bu, böyük bir xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəmanlarımıza, qəhrəman şəhidlərimizin əziz xatirəsini hər zaman hörmətlə yad edirik.Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman Azərbaycan hərbiçilərini qorusun! Onların canı-qanı bahasına doğma torpaqlarımıza qayıtmışıq.

Bu gün bayram tonqalı yanan Suqovuşan qədim Azərbaycanın tarixi yeridir. Azərbaycan xalqı bu ərazilərdə əsrlər boyu yaşamışdır. Ancaq 1923-cü ildə doğma Qarabağımızda qanunsuz və heç bir əsası olmadan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır.Qarabağın gözəl, səfalı yerləri qondarma quruma daxil edilmişdir. O cümlədən Şuşa şəhəri və Suqovuşan qəsəbəsini də bu quruma daxil etmişdilər. Bu xalqımıza qarşı ədalətsizlik, növbəti düşmənçilik idi. Çünki Qarabağ onun tarixi Azərbaycan xalqının adı ilə bağlıdır. Əsrlər boyu Azərbaycan xalqı Qarabağda yaşamış, kök salmışdılar. Vaxtı ilə ermənilər mərhələ-mərhələ xalqımıza qarşı işğalçılıq siyasətinə əl atmış, 30 ilə yaxın müddətdə bizim doğma Qarabağımız və Şərqi Zəngəzurun bir hissəsi ermənilərin əlinə keçmişdir. Artıq milli ordumuzun, hərbiçilərimizin sayəsində başda Ali Baş Komandan olmaqla buna son qoyulmuşdur. Bu gündən belə biz daha güclü olmalıyıq ki, öz haqqımızı qoruyaq, tarixi ədaləti bərpa edək. Bütün Qarabağ və Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır.

Abadlıq və quruculuq işləri, o cümlədən Suqovuşan qəsəbəsində də geniş vüsət alıbdır. Bütövlükdə həm Qarabağda, həm Şərqi Zəngəzurda quruculuq, abadlıq işləri planlı şəkildə həyata keçirilir. Müharibədən bir neçə il keçməsinə baxmayaraq, mənfur düşmənlərin işğal dövründə xaraba qoyduqları şəhər və kəndlərimizi artıq qurub-yaradırıq. Budur bugünkü Azərbaycanın real həyatı. Bugünkü güclü Azərbaycanbütün bu işlərigörməyə qadirdir. Xalqımızın səfərbərliyi, milli həmrəyliyimiz ən yüksək zirvədədir. Çünki qəhrəmanlarımız tarix yaradıb, Azərbaycan tarixi. Şanlı tarixi Zəfərimiz hər birimiz üçün qürur mənbəyidir. Biz haqlı olaraq müzəffər dövlətin vətəndaşıyıq, ordumuzla, insanlarımızla, bizə bu xoşbəxtliyi yaşadan gənclərimizlə fəxr edirik.

Bu gün bu gözəl mənzərəli yerlərə baxdıqca, insanın ruhu təzələnir, diyarımız nə qədər gözəldir, dağlarımız nə qədər əzəmətlidir. Bütün bu tarixi gözəlliyi dahada gözəlləşdirəciyik ki, xalqımız burada yaxşı sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşasınlar. Onu da deyə bilərəm ki, sülhün və təhlükəsizliyin təminatçısı Azərbaycan dövlətidir və Azərbaycan Silahlı Qüvvələridir.

Prezident İlham Əliyev Novruz bayramı ilə əlaqədar ailə üzvləri ilə işğaldan azad olunan rayonlarabelə səfərləri öncəliklə şəhidlərimizin ruhuna olan hörmətdir. Cənab Prezidentin qeyd etdiyi kimi, məhz şəhidlərimizin sayəsində xalqımız bu torpaqlarda bayram şənliyi edir.Belə bayram şənliklərinin işğaldan azad olunan ərazilərdə qeyd edilməsi, eyni zamanda Böyük Qaydış prosesini daha da sürətləndirir.

Mən özümü xoşbəxt hesab edirəm və xoşbəxtəmki, əziz doğma xalqımı işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbrik edirəm. Bu əziz gündə bir daha bütün Azərbaycan xalqını gözəl bayram münasibətilə təbrik edirəm.

Həsənova Almara,
Xəzər rayonu, 323№ li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button