Analitika

Türkiyə-Azərbaycan qardaşlığı ən çətin günlərdə də sarsılmaz və möhkəmdir

Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda bəlli ediblər. Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi belə məqamlar saysız-hesabsızdır və onları sadalamaqla bitməz. Bu məqamlardan biridə 6 fevral tarixində Türkiyədə baş vermiş dəhşətli zəlzələ zamanı Azərbaycan xalqının qardaşlarına nümayiş etdirdiyi həmrəyliyi daxildir. Hadisədən dərhal sonra qardaş ölkəyə hərtərəfli kömək və yardım kompaniyasına start verildi. Hər zaman sarsılmaz qardaşlıq və həmrəylik nümayiş etdirən xalqımız bu dəfə də Türkiyə xalqının dərdinə, acısına şərik oldu

Dövlətimizin başçısının tapşırığına uyğun olaraq 1000 nəfərə yaxın xilasedici heyət qardaş Türkiyəyə göndərilib və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlayıblar. İnsanların həyatının xilasında Azərbaycan xilasedicilərinin də əməyinin olmasından sevincliyik. Prezident İlham Əliyev zəlzələdən xəsarət alan vətəndaşların Azərbaycanda müalicəsi üçün bütün imkanların olduğunu da bəyan edib. Eyni zamanda, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən də qardaş ölkəyə böyük dəstək göstərilir.

Prezident İlham Əliyev fevralın 8-də Türkiyənin ölkəmizdəki səfirliyinə gedərək Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verdi. Səfir Cahid Bağcı ilə söhbəti əsnasında İlham Əliyev bildirdi ki, Azərbaycan həmişə olduğu kimi, bu çətin günündə də qardaş Türkiyəyə dəstək olmağı özünün mənəvi, şərəf borcu sayır: “…Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik”.

Türkiyə iqtisadi və milli həmrəylik baxımından böyük, güclü dövlətdir. İnanırıq ki, qardaş dövlət bu dəhşətli faciənin öhdəsindən şərəflə gələcək. Türkiyə xalqı yenə də ayaqda qalaraq bütün çətinliklərə qalib gələcək. Azərbaycan xalqı da başda Prezident İlham Əliyev olmaqla bu çətin günlərdə də Türkiyənin yanındadır. Əminik ki, iki qardaş dövlət daima tərəqqiyə doğru irəliləyəcək.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button